Accessibility links

Kampusdakı tələbələr üçün COVID-19 testlərinin tez-tez edilməsi tövsiyə olunur


ABŞ-dakı kollec və universitetlər COVID-19 yayılmasının qarşısının alınması səylərinin davam etdirildiyi zaman tələbələri necə qəbul edəcəkləri məsələsini həll etməyə çalışır.

Yaz mövsümündən başlayaraq kollec və universitetlərin COVİD-19-a cavabı ilə bağlı məlumatları toplayan Chronicle of Higher Education-a əsasən, kolleclərin təxminən 40 faizi şagirdləri yenidən kampusa qaytarmağı planlaşdırır.

Dərslərin 100 faizi onlayn-la keçirilən kolleclərdə belə, bir çox tələbə evdə valideynləri ilə deyil, kampuslarda qalmaqda davam edir.

İyulun 31-də dərc olunan araşdırmaların nəticələrinə əsasən, kollec və universitetlə tələbələrin sağlamlıq və təhlükəsizliyini təmin etmək üçün hər iki gündən bir onları COVID-19-a test etməli və virusun yayılmasını nəzarətdə saxlamaq üçün simptomları olanları müayinədən keçirməlidir.

"İnanırıq ki, 2020-ci ilin payızında tələbələrin kollecə qayıtması üçün təhlükəsiz bir yol var" - deyə, araşdırma müəllifləri Amerika Tibb Assosiasiyası Jurnalının JAMA Network saytında nəşr etdikləri məqalədə bildirib.

New York ştatındakı Kornell Universitetinin başqa bir araşdırmasında isə tələbələrin hər beş gündən bir testdən keçiriləcəyi təqdirdə, tələbələrin kampusda öz yaşadıqları yerdə asanlıqla hər yerə gedə bilən online təhsil alan tələbələrdən daha təhlükəsiz olacağını göstərib.

Lakin bütün kollec və universitetlər bu rejimdə COVID-19 testi keirmək üçün heyət və maliyyə ilə təmin olunmayıb.

XS
SM
MD
LG