Accessibility links

Kamran Əsədov: Azərbaycan özünün online platformasını yaratmalıdır


Kamran Əsədov
Kamran Əsədov

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov Amerikanın Səsinə müsahibəsində pandemiya dövründə təhsil sahəsində yaranan problemlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda koronavirus pandemiyası səbəbindən dekabrın 1-dək bütün təhsil müəssisələri bağlanıb. Məktəblərin açılması demək olar ki, sual altındadır. Bu halda koronavirus infeksiyasına yoluxma halları artmaqda davam edir. Sizcə bu təhsil sistemində hansı problemlərə yol açır?

Əgər ali təhsil müəssisələri pandemiya səbəbindən və müharibə səbəbindən tədris prosesini bərpa edə bilmirsə ən azından təhsil haqlarında güzəşt edilməlidir.

Kamran Əsədov: İlk növbədə qeyd edim ki, 2020-ci il Azərbaycan təhsili, ümumiyyətlə dünya təhsili üçün çox çətin bir dövr oldu. Biz indiyə qədər görmədiyimiz situasiyalarla qarşılaşdıq. Bunun qarşısını ilk vaxtlar biz çox uğurla aldıq. Belə ki, təhsil öz ətrafına kifayət qədər böyük insan kütləsini birləşdirir və bu qədər insanla eyni vaxtda hərəkəti təbii ki, yoluxmaların sayına ciddi şəkildə təsir göstərə bilər. Ona görə də ölkə başçısı vaxtında qərar qəbul etdi və 2020-ci ilin mart ayının 3-dən ölkədə tədris prosesi dayandı. O zaman üçün yaxşı variant olan online distant təhsil həyata keçirə bildik. Məsafədən uşaqlara ən azından zəruri bilik və bacarıqları formalaşdırmaq mümkün oldu. Amma 2020-2021 ci ilin birinci tədris ili isə çox çətin başladı. Bilirsiniz ki, Nazirlər Kabinetinin müvəqqəti qaydalarına görə Bakı-Abşeron və Sumqayıtda həftədə iki dəfə, regionlarda isə 3 dəfə şagirdlər və birinci 640 min şagirdin əhatə olunduğu ibtidai siniflər məktəbə getdilər. Bu, müəyyən qədər təhsilin əlçatımlığı üçün qismən uğurlu variant olsa da, artıq oktyabr ayının 19-dan ölkədə yoluxma sayındakı kəskin artıma görə tətil elan edilib. Görünən bundan ibarətdir ki, noyabrın 2-dən sonra da bu tətilin müddəti uzadılacaq. Birincisi, sizin də qeyd etdiyiniz kimi virusa yoluxanların sayı kəskin artıb və eyni zamanda ölkədə müharibə şəraitidir. Bu da məktəblərdə təhlükəsizliyin təmin edilməsinə ciddi problem yaradıb. Burada bizim qarşımıza iki vəzifə durur. Birincisi, pandemiya və müharibə şəraitinə görə keçirilməyən dərslər tətil elan edilən günlərlə əvəz edilməsi, ikincisi 2021-ci ildə keçiriləcək qəbul və buraxılış imtahanlarıdı. Bunların fonunda biz yalnız orta məktəblərdən danışmayaq, ali tədris müəssisələrində də tədris prosesi həyata keçirilmir. Burada da təhsil haqları tam şəkildə tələb olunur və ödənilinib. Bu üç problem aradan qalxmalıdır. Birincisi şagirdlərin keçmədiyi mövzular kompensasiya edici təhsilnən gələcəkdə nəzərdə tutulmuş tətil və qeyri iş günü hesabına bərpa edilə bilər. Dərinləşdirilmiş və sürətləndirilmiş tədris proqramı ilə həmin mövzuların bərpa edilməsi mümkündür. İkincisi qəbul və buraxılış imtahanları. Mən təklif edirəm ki, 2021-ci ildə ölkədə 9-11-ci siniflər üçün buraxılış imtahanları keçirməyə ehtiyac yoxdur. 9-11-ci sinifləri bitirmiş bütün şagirdlərə attestat verilməlidir. Yalnız qəbul və buraxılış imtahanları formatında imtahan ona görə keçirmək lazımdır ki, kimsə kolleclərə, ali təhsil müəssisələrinə qəbul olmaq istəyirsə həmin şəxslər iki dəfə imtahanlarda iştirak etsin. Üçüncü, vacib məqam təhsil haqları ilə bağlı məsələlərdir. Əgər ali təhsil müəssisələri pandemiya səbəbindən və müharibə səbəbindən və müharibə şəraitinə görə tədris prosesini bərpa edə bilmirsə ən azından təhsil haqlarında güzəşt edilməlidir. Bizim qarşımızda duran ən vacib məqam bunların 3-nü də həll etmək üçün çox təəsüflər olsun ki, mart ayından bu günə kimi Azərbaycanda online platforma yaradılmadı.

Amerikanın Səsi: Ekspertlər ümumtəhsil məktəblərinin 50 faizindən çoxunun yerləşdiyi ərazilərdə sürətli internetə əlçatımlıq olmadığını bildirir? Sizcə internetin sürəti və qiymətləri interaktiv tariflərin imkan verməsi üçün hökumət niyə addımlar atmır?

. Maddi imkanı zəif olan, sosial həssas hesab edilən ailələrə, tələbələrə, şagirdlərə dövlət büdcəsi vəsaiti hesabına planşetlər verilməlidir.

Kamran Əsədov: Mart ayından etibarən mən Nazirlər Kabineti və Təhsil Nazirliyinə bununla bağlı təkliflər göndərmişdim ki, Azərbaycan xarici platformalar üzərindən tədris prosesini qurmamalıdır. Bu, birinci təhlükəsizliyimiz üçün, ikinci əlçatanlıq üçün ciddi problemdir. Buna heç bir real addım atılmadı. Mən təklif etmişəm ki, Azərbaycanın şagird.az, tələbə.az və yaxud edu.az portalları yaradılmalıdır. Necə ki, microsoft, zoom kimi proqramlar var. Biz özümüzün online video konfrans proqramlarımızı yaratmalıydıq. Bu gün biz online dərslər ona görə keçə bilmirik ki, internetin sürətində problem yoxdur. Sadəcə xarici proqramlara, sosial şəbəkələrə və qeyd etdiyim online platformalara giriş məhdudlaşdırılıb. Amma biz özümüzün platformasını yaratsaydıq, internet provayderləri tərəfindən hər hansı məhdudiyyət olmayacaqdı. Bizim şagirlərimiz üçün də online dərslər istər fövqaladə vəziyyət olsun, müharibə şəraiti olsun, karantin rejimi olsun, komendant rejimi olsun şagirdlərimiz üçün online dərslər tətbiq edilə bilərdi. Çox təəssüflər olsun ki, Təhsil Nazirliyi və buna bərabər olan qurumların səhlənkarlığı və vəzifə öhdəliklərini yerinə yetirmədiklərinə görə bu günlər Azərbaycanda distant təhsil də həyata keçirilə bilinmir. Təhsilin əlçatanlığı təmin edilmir. Bunun aradan qaldırılması üçün qısa müddət ərzində Azərbaycan özünün bütün şagirdlər və tələbələr üçün əlçatan olan online platformasını yaratmalıdır, video-konfrans platformasını və digər tərəfdən bizim şagirdlər və tələbələrimiz üçün internet resusları təmin edilmiş planşetlər verilməlidir. Söhbət ondan ibarətdir ki, Türkiyədə artıq 75 min şagirdə dövlət büdcəsi hesabına və yaxud digər fondlar hesabına planşetlər alınıb verilib. Azərbaycanda da bu, tətbiq edilməlidir. Maddi imkanı zəif olan, sosial həssas hesab edilən ailələrə, tələbələrə, şagirdlərə dövlət büdcəsi vəsaiti hesabına planşetlər verilməlidir. Eyni zamanda, dövlət özünün artıq online videookonfrans platformasının applicationu-nu (tətbiq) yaratmalıdır. Çox təəssüflər olsun ki, bu günə qədər istər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, istər Təhsil Nazirliyi, istər bu tipli qurumların heç biri Azərbaycanın video-konfrans proqramı yaratmayıblar. Bu da səhlənkarlığın nəticəsidir.

Amerikanın Səsi: Koronavirus səbəbindən orta məktəblər tədris planlarını tam yerinə yetirmir. Bu hal ali məktəblərə qəbul imtahanalarında dəyişiklikləri zəruri edirmi?

Bu gün Azərbaycan təhsili həmişə olduğundan daha çox repititor və hazırlıq kurslarına minnətdar olmalıdır və təşəkkür etməlidir.

Kamran Əsədov: Birmənalı şəkildə Azərbaycanda 2020-ci ildə keçiriləcək imtahanların formatı, strukturu, sualların ağırlıq səviyyəsi dəyişməlidir və dəyişəcək. Çünki 2020 ci ildə keçirilən imtahanlarda mart ayının 3-nə qədər keçirilən mövzular salınmışdır. Mart ayının 3-dən sonrakı mövzulardan salınmamışdır. Amma indi isə biz, sentyabr ayının 15-dən 11-ci siniflər ümumiyyətlə dərsə başlamayıblar. 27 sentyabrdan etibarən ölkədə ümumiyyətlə tədris prosesi dayanıb. Bu o deməkdir ki, 2021-ci ildə keçiriləcək imtahanlarda birmənalı şəkildə dəyişikliklər olacaq. Mənim təklifim odur ki, buraxılış imtahanları keçirilməsin. Bütün şagirdlərə atestat verilsin. Yalnız qəbul imtahanları və burada da sualların sayı və formatı dəyişməlidir. Situasiya tipli test tapşırıqları olmamalıdır. Yalnız açıq və qapalı tipli test tapşırıqları olmalıdır, tədris tapşırıqları salınmalıdır. Şagirdlər bu gün qalıblar repititor və hazırlıq kurslarının üzərində. Bu gün Azərbaycan təhsili həmişə olduğundan daha çox repititor və hazırlıq kurslarına minnətdar olmalıdır və təşəkkür etməlidir ki, növbəti ilin qəbul imtahanlarının nəticələri birbaşa onların roludur. Bu gün Azərbaycanda ali məktəblərdə dərs keçirilmir. Orta məktəblərdə dərs keçirilmir. Distant online tədris mümkün deyil. Amma yalnız valideynlər öz maddi imkanları hesabına gücü qoyublar repititorların üzərinə. Ona görə birmənalı şəkildə 2021-ci ildə keçirilməsi nəzərdə tutulan buraxılış və qəbul imtahanların formatı tamamən dəyişdirilməlidir və dəyişdiriləcəyi də gözlənilir.

XS
SM
MD
LG