Accessibility links

Kamran Əsədov: Məktəblər sentyabradək distant təhsil mərkəzlərini yaratmalıdır


Kamran Əsədov
Kamran Əsədov

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov Amerikanın Səsinə müsahibəsində pandemiya dövründə təhsil sahəsində yaranan problemlər, on-line təhsil və bu sahədə qanunvericilik bazasından danışıb.

Amerikanın Səsi: Koronavirus pandemiyası təhsil sahəsinə yeni normalar gətirib. Sizcə Azərbaycan təhsilini idarə edən qurumlar yeni şəraitdən nə dərəcədə səmərəli istifadə etdilər?

Bizim 4447 orta təhsil məktəbimizdə 1,6 milyon şagird təhsil alır və onlarla bərabər 151 min müəllim işləyir. Eyni zamanda 50-dən çox ali təhsil müəssisəmizdə 175 min tələbəmiz var və onlarla 25 mindən çox müəllim, professor heyəti çalışır. Orta ixtisas təhsil müəssisələrində, peşə təhsil müəssələrində 70 minə yaxın şəxs çalışır.

Kamran Əsədov: Bilirsiniz ki, mart ayının 3-dən etibarən Azərbaycanda istər orta təhsil məktəblərində, istər ali təhsil müəssisələrində, ümumiyyətlə təhsilin bütün pillələrində tədris prosesi dayandırıldı. Eyni zamanda təhsil xidmətləri göstərilməsi sahəsində fəaliyyət məhdudlaşdırılır və artıq ortaya alternativ təhsil alma və təhsil vermə formatı ortaya çıxmalı idi. Eyni zamanda təhsil alanlara dövlət qurumları tərəfindən elektron xidmətlərin göstərilməsi məsələsi ortaya çıxırdı. Təəssüflər olsun ki, orta təhsil məktəblərində problem yaşanmasa da, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində, peşə təhsili müəssisələrində bu sahədə xidmət göstərmə ilə bağlı ciddi problemlər yaşandı. Qeyd edim ki, təhsil Azərbaycanda elə bir sahədir ki, öz ətrafında iki milyondan çox insanı birləşdirib. Məsələn, bizim 4447 orta təhsil məktəbimizdə 1,6 milyon şagird təhsil alır və onlarla bərabər 151 min müəllim işləyir. Eyni zamanda 50-dən çox ali təhsil müəssisəmizdə 175 min tələbəmiz var və onlarla 25 mindən çox müəllim, professor heyəti çalışır. Orta ixtisas təhsil müəssisələrində, peşə təhsil müəssələrində 70 minə yaxın şəxs çalışır. Bunların hər birinə alternativ təhsil alma və təhsil vermə xidməti mart ayınının 3-dən sonra tam şəkildə göstərilə bilmədi. Bunun əsas səbəblərindən biri dövlət qurumlarının online distant məsafədə xidmət göstərməkləri ilə bağlı ciddi problem yaşamalı olub. Bizim 2009-cu ildə qəbul edilmiş təhsil haqqı və qanuna görə Azərbaycanda təhsil alma formalarından biri kimi distant, yəni məsafədən təhsil var idi. Bu istiqamətdə işləri isə ölkədə yalnız 4 ali təhsil müəssisəsi göstərə bildi. İqtisad Universiteti özünün distant təhsil mərkəzini yaratdı. Bakı Dövlət Universiteti 100 mindən çox online dərslər keçməklə problemi aradan qaldıra bildi. Bakı Ali Neft Məktəbi və ADA Universiteti bu sahədə təhsil alanlara təhsilin verilmısi xidməti sayəsində bir problem yaşamadı. Amma yerdə qalan universitetlərimizlə bağlı bizim çox ciddi problemlərimiz ortaya çıxdı. Təəssüflər olsun ki, bunun ən ciddi problemi Azərbaycanda on-line tədrisin və təhsilin həyata keçirilməsi üçün qanunvericilik bazasının olmaması ilə bağlıdır. Belə ki, online xidmətlərin göstərilməsi üçün ilk növbədə qanunvericilik bazası olmalıdır. Bu illər ərzində, yəni 11 il ərzində Azərbaycanda bu sahədə qanunvericiliyin həyata keçirilməməsi ciddi problem yaratdı. İkinci, dövlət qurumlarının göstərdiyi xidmətlərlə bağlıdır. Bilirsiniz ki, 2011-ci ildə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə dövlət qurumlarının elektron xidmət göstərmə ilə bağlı bir öhdəlikləri var idi. Bu elektron xidmətlərin göstərilməsi yalnız məktublara cavab verilməsi və yaxud da telefon zəngləri deyil, bütün yazışmaların, müraciətlərin bu sistemdə həyata keçirilməsi olmalı idi. Təəssüflər olsun ki, biz, dövlət qurumlarında bunu görə bilmədik, yalnız Dövlət İmtahan Mərkəzi özünün istər çağrı mərkəzi, istər elektron resuslar hesabına müraciətlərin cavablandırılmasını həyata keçirə bildi. Bizim mart ayında 9-cu siniflərin, aprel ayında 11-ci siniflərin buraxılış imtahanları keçirilməli idi. Amma, möbvcud vəziyyətdə bunun həyata keçirilməsi ənənəvi formatda yalnız həyata keçirə bilərdi. Və Dövlət İmtahan Mərkəzi ilk dəfə olaraq Azərbaycanda "ProctorDİM" (Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən onlayn imtahanların keçirilməsi üçün xüsusi proqram təminatı) hazırlamaqla artıq online qaydada imtahanların keçirilməsi sahəsində xidmətini göstərə bildi. Dövlət qurumları arasında Dövlət İmtahan Mərkəzi daha çox elektron xidmətlər göstərmək imkanına malik oldu. Və demək olar ki, bu müddət ərzində vətəndaşlara otk .az (oline sınaq imtahanı portalı) vasitəsilə hətta sınaq imtahanlarını keçirməklə onları bilik və bacarıqlarına çatdırmaq kimi öhdəliyini yerinə yetirmiş oldu.

Kamran Əsədov: Məktəblər sentyabradək distant təhsil mərkəzlərini yaratmalıdır
please wait

No media source currently available

0:00 0:14:57 0:00

Amerikanın Səsi: Online dərslər əyani tədrisi tam əvəz edə bilirmi? Elektron dərsliklərin olmaması bu prosesə necə təsir edir?

bizim 1,6 milyon şagirdimizin yalnız bir milyonu təkcə virtual məktəbdə qeydiyyatdan keçə bildi. Bu da o demək dir ki, 600 minə yaxın şəxsimiz elektron dərslərdən kənarda qaldı.

Kamran Əsədov: Etiraf edək ki, bizim 1,6 milyon şagirdimizin yalnız bir milyonu təkcə virtual məktəbdə qeydiyyatdan keçə bildi. Bu da o demək dir ki, 600 minə yaxın şəxsimiz elektron dərslərdən kənarda qaldı. İkincisi TD dərslər vasitəsilə həyata keçirilən dərslərin ənənəvi dərslərlə müqayisəsi ümumiyyətlə həyata keçirilə bilməz. Yəni ümumiyyətlə auditoriya və siniflərdə keçirilən dərslər zamanı şagirdlər eyni zamanda müəllimə başa düşmədikləri mövzuları sual vermək, təkrar soruşmaq imkanına malikdirlər. Amma virtual məktəbdə bu imkanlar yoxdu. Eyni zamanda virtual məktəblərdə əlçatanlıq yoxdur. Bayaq qeyd etdiyim kimi Azərbaycanda həm konstitusiya, eyni zamanda "Təhsil haqqında" qanuna görə təhsil icbaridir, yəni məcburidir. Hər kəs yaşı məktəb yaşına düşdüyündə və fiziki vəziyyəti uyğun gəldiyi halda məcburi şəkildə orta umumtəhsil məktəbinə gedir. Əgər fiziki vəziyyəti uyğun gəlmirsə evdə təhsil və digər təhsil alma formaları tətbiq edilməklə bütün hallarda ölkəmizdə hər kəsin təhsilə cəlb olunması həyata keçirilir. Eyni zamanda şagirdlərin dərsi mənimsəməsi müəyyən ( kiçik summativ qiymətləndirmə) BSQ ( böyük summativ qiymətləndirmə )monitorinq, dioqnostik və formativ imtahanlarla yoxlanıla bilir. Amma, virtual məktəblərin dərslərdə bu dərslərin mənimsəmə faizini öyrətmək üçün yoxlama və ölçmə alətləri yoxdur. Yəni nə qədər şagird izləyir, izləyənlər nə qədər mövzunu anlaya bilir? Ona görə də birmənalı şəkildə qeyd edim ki, tele dərslər və virtual məktəblərin faydalılıq əmsalı və əl çatanlığı ənənəvi dərslərlə müqayisədə dəfələrlə aşağıdır. Şagirdlərin bu vasitə ilə mövzuları öyrənməsi imkanları kifayət qədər azdır. Yəni hesab edirəm ki, gələcəkdə digər proqram təminatları həyata keçirilməklə, bu, həyata keçirilə bilər. Qeyd edim ki, Azərbaycanda virtual tədrisin həyata keçirilməsi üçün elektron resurs çatışmamazlığı var. Baxmayaraq ki, ən vacib mənbə kitablardır və 2004-cü ildən etibarən Azərbaycan şagirdinə dərsliklər pulsuz olaraq verilir. Yəni hər bir şagirdin evində ən vacib material olan kitab var. Amma, bu kitabı müəllimi ilə işləmək imkanına malik deyil. Bütün dərsliklər e-derslik.edu.az portalında bütün dərsliklər pdf formatında var. Məsələ şagirdlərə elektron resursların çatdırılması deyil, məsələ şagirdlərə çatdırılmış materialların öyrədilməsi və mənimsəməsidir. Təbii ki, gələcəkdə bizi yeni bir dövr gözləyir. Artıq biz elektron təhsil, elektron dərslik mövzusuna tamamilə keçməliyik. Bu Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyası üçün, bütün nəsillər üçün, təhsilin əlçatanlığını təmin etmək üçün insanlar varki müəyyən səbəblərdən, yəni məsafə səbəbindən, maddiyyat səbəbindən təhsil ala bilmirlər. Amma elektron dərslər olacaqsa hər kəs üçün təhsilin əlçatanlığı təmin olunmalıdır. Bunun həyata keçirilməsi üçün ilk növbədə qanunvericilik bazası olmalıdır, virtual və vizual materiallar olmalıdır. Dövlətin üzərinə ciddi iş düşür ki, yəni sentyabra kimi bu resurslar təmin edilməlidir, pandemiyanın davam edib-etməməsindən asılı olmayaraq şagirdlərə mövcud vəziyyətdə dərslər çatdırıla bilsin.

Amerikanın Səsi: Universitetlər yay imtahan sessiyasını online təşkil edir? Bunun səmərəliliyini necə qimətləndirərdiniz? Ölkədə internetin sürəti, universitetlərin internet resurslarından səmərəli istifadə etməsini müşahidə etmək mümkündürmü?

1500 tələbə əgər 10 dəqiqə danışsa, təkcə danışma sürətinin video yazısı 41 günlük edir. Heç bir ali təhsul müəssəsində ele bir data baza yoxdur ki 41 günlük video yaddaşı saxlaya bilsin.

Kamran Əsədov: Qeyd edim ki, bu günləri orta təhsil məktəbləri və ali məktəblərinin müqayisəsini aparsaq, Təhsil Nazirliyi orta təhsil məktəblərində əgər 70–80 % şagirdlərə elektron dərslərin çatdırılmasını, elektron resursları təmin edə bilmişsə, burada özəl sektorun çox ciddi payı var. Çünki hazırlıq kursları və repetitorlar bu sahədə Təhsil Nazirliyi ilə böyük iş görmüş oldular. Çünki bizim orta təhsil məktəblərində təhsil alan şagirdlərin böyük əksəriyyəti hazırlıq kurslarına və repetitorlara müraciət edirlər. Bu o deməkdir ki, orta təhsil məktəblərinin yükü müəyyən qədər azaldı və özəl sektor burada dövlətin dadına çatdı və öz əlini daşın altına qoya bildi. Amma,ali təhsil müəssisələri ilə bağlı biz bunu deyə bilmərik. Bizim 54 ali təhsil müəssisəmizdə 175 min tələbə təhsil alır. Onların isə yalnız 70 minə qədəri "microsoft teams" vasitəsi ilə proqrama qoşula bildi. Ali təhsil müəssələri isə təəssüflər olsun ki, yalnız bir neçə fənn üzrə elektron resurslarla təhsil verə bildi, amma materialların verilməsi prosesin həyata keçirilməsi demək deyil. Bu günləri Azərbaycanda ali təhsil müəssisələrində artıq iki gündür ki, yay semestrı başlayıb. Şagirdlərdən fərqli olaraq bizim tələbələrimizə imtahanlar online qaydada keçirilir. Bu zaman çox ciddi problemlər var. Birincisi qeyd elədiyim kimi Azərbaycanda ali təhsil müəssisələrində online tədrisin və imtahanların həyata keçirilməsi üçün qanunvericilik bazasının olmaması müəyyən qədər online imtahanları qanunsuz edir. İkinci problemimiz, burada internet məsələsidir. Təəssüflər olsun ki, bizim bölgələrimizdə internetin qiyməti tamamilə baha, surət aşağıdır. Burada təqdim edilən proqramlar istər zoom proqramları olsun və ya skype olsun şagirdlərdən fərqli olaraq tələbələr proqrama tutalım imtahanın gedişində birdən internet atarsa, imtahandan çıxarlarsa artıq onlar kəsilmiş hesab olunur. Bu düzgün yanaşma tərzi deyil. İkinicisi, ənənəvi formada, yəni pandemiyaya qədər imtahanda 5 sualın cavablandırılması üçün universitetdə tələbələrə 3 saat vaxt verirdilər. İndi isə 5 suala cavab almaq üçün 10 dəqiqə vaxt verirlər. Təbii ki, 10 dəqiqədə 5 sualı geniş şəkildə cavablandırılmaq mümkün deyil. Üçüncü, ən vacib məqam burada internetin sürəti ilə bağlıdı. Yəni tələbələr bununla bağlı ciddi problem yaşayırlar. Ali təhsil müəssisələrimizdə elektron kitabxananın olmaması, elektron mühazirənin olmaması. Burada bir məqamı qeyd edim ki, online derslərdə yalnız humanitar sahələr müəyyən qədər imkan verə bilir problemin aradan qaldırmağa. Amma texniki və təbiət fənləri var ki, burada imtahan iştirakçıları yazmalıdırlar. Bu zaman isə yazıların göstərilməsi digər problemdir. Ən vacib problem isə tutalım microsoft teams olsun, zoom olsun bir qrupda 20 nəfər varsa birinci iştirakçıdan iyirminci iştirakçıya qədər ən azı 200 dəqiqə internetdə gözləməlidir. Bu da kifayət qədər baha başa gəlir. Təsəvvür edin hər bir tələbəyə 10 dəqiqə internetdə danışmaq imkanı verilsə, artıq iyiminci tələbəyə vaxt çatana kimi 200 dəqiqə vaxt gedir və bu da kifayət qədər bahalı internet deməkdir. Azərbaycanda ən maksimum ali təhsil müəssəsinin 25 min tələbəsi var. 25 min tələbə bir semestrda altı fənndən imtahan versə və hər tələbəyə altı fənndən təsəvvür edin, altını biz vurmalıyıq 25 min, üzərinə gəl hər tələbəyə 10 dəqiqə vaxt verilsə, qeyd edim ki, bu yaddaşın tutumu 365 gündən çox video çəkiliş edilir. Biz misal üçün 1500 tələbənin müqayisəsini apardıq ki, 1500 tələbə əgər 10 dəqiqə danışsa, təkcə danışma sürətinin video yazısı 41 günlük edir. Heç bir ali təhsul müəssəsində ele bir data baza yoxdur ki 41 günlük video yaddaşı saxlaya bilsin. Ona görə hesab edirəm ki, digər təhsil alma formaları tətbiq edilən zaman ali təhsil müəssələri öz saytlarında hər bir tələbə üçün mövzu üzrə 50 dənə test verməli idi və hər kəs müvafiq vaxtda imtahana girib və 50 dənə test tapşırığını cavablandırmaqla, artıq bu problemi aradan qaldırmalıydılar. Tələbələr arasında online imtahan keçirilməsi ilə bağlı ciddi narazılıq var. Ali təhsil müəssisələrində vahid qaydaların tətbiq edilməməsi ciddi problemlər və narazılıqlar yaradıb.

Amerikanın Səsi: Bəzi tələbələr 2-ci semestrdə tədrisin olmaması səbəbindən təhsil haqqından azad edilmələrini tələb edir. Bu tələbi haqlı hesab etmək olarmı?

Ali təhsil müəssisələri də insanların müəyyən qədər gəlirlərini başa düşməlidir ki, mövcud vəziyyətdə onlar problem yaşamamalıdırlar. Ona görə hər iki tərəf bir-birini anlayışl qarşılamalıdır

Kamran Əsədov: Bilirsinizmi burada iki tərəf haqlıdır. Ali təhsil müəssisəsi təhsil haqqını tələb etməyə də haqlıdır. Tələbə də ödəməməkdə haqlıdır. Məsələ ondan ibarətdir ki, hər bir tələbə təhsil müəssisəsinə qəbul olunan zaman onunla illik müqavilə imzalanıb. Müqavilədə bir il üçün təhsil haqları göstərilib. Eyni zamanda ali təhsil müəssisəsi özünün maliyyə ilində məhz tələbədən daxil olan vəsaitlər hesabında özünün xərclərini, müəllimlərin əmək haqqlarını, əməkdaşların əmək haqqlarını, kommunal xərclər və digər məsələləri öz öhdəliyinə götürüb. Sadəcə olaraq ali təhsil müəssisəsi tədris ilinin başlanğıcında tələbəyə güzəşt eləyərək, ondan təhsil haqqının yarısını tələb eləyib, yerdə qalan hissəsini isə tədris ilinin növbəti semestrində verilməsi imkanını ona yaradıb. Mövcud vəziyyətdə isə pandemiya bütün insanların gəlirlərini aşağı salıb və burada müəyyən qədər ali təhsil müəssisələri də anlayışla qarşılamalıdır. Digər tərəfdən isə on-line təhsil haqqı ilə ənənəvi əyani və qiyabi təhsil haqqı eyni ola bilməz. Yəni istər beynəlxalq təcrübədə, istər yerli təhsil bazarını biz müqayisə aparsaq, görərik ki, ali təhsil müəssisələrində distant təhsilin qiyməti ənənəvi əyani və qiyabi təhsillə müqayisədə ən azi 3 dəfə ucuzdur. Yəni göstərilməyən bir xidmətin təhsil haqqı tələb edilə bilməz. Amma, digər tərəfdən onu həyata keçirmək olar ki, tələbələr o halda gərək onların təhsili dondurulsun və onlar təkrar kursda qalacaqlar. Əgər onlar bir pillədən digər pilləyə, bir kursdan digər kursa keçəcəklərsə onlar təhsil haqqlarını ödəməlidirlər. Yəni ali təhsil müəssisəsinin xərclərini də başa düşmək lazımdır. Ali təhsil müəssisəsinin də xərclərini başa düşmək lazımdır. Ali təhsil müəssisələri də insanların müəyyən qədər gəlirlərini başa düşməlidir ki, mövcud vəziyyətdə onlar problem yaşamamalıdırlar. Ona görə hər iki tərəf bir-birini anlayışl qarşılamalıdır. Əgər ali təhsil müəssisələri bu illəri tələbələrə güzəşt edə bilmirsə indidən elan verməldirlər ki, biz növbəti ildə sizin təhsil haqqı ilə bağlı güzəşt eləyəcəyik. Hesab edirəm ki, burada hər iki tərəf bir birilərini anlayışla qarşılmalıdır.

Amerikanın Səsi: Qərb universitetləri neçə illərdir tədrisi həm də on-line qaydasında aparır. Azərbaycanda bu üsulun inkişafını necə görürsünüz? On-line tədrisə keçmək üçün qanunvericilikdə və real durumda hansı dəyişikliklər etmək lazımdır?

Mövcud vəziyyət onu göstərdi ki, 11 il ərzində bizim ali təhsil müəssisələrimiz bu sahədə iş görməyiblər, amma sentyabra qədər məcburi şəkildə özlərinin distant təhsil mərkəzlərini yaratmalıdırlar.

Kamran Əsədov: Qeyd edim ki, distant təhsilin üstün tərəfləri ondan ibarətdir ki, təkcə pandemiya səbəbindən yox, əgər normal şəraitdə belə hər hansı bir şəxsin səhhətində problem yaranarsa o məsafədən tədrisə qoşulmaqla özünün dərslərdən geri qalmasının qabağını ala bilər. Eyni zamanda, məhdudiyyətlərin aradan qalxması, məsafənin itməsi kimi kifayət qədər üstünlüyü var. Amma, qeyd edim ki, birdən-birə, hətta qanunvericilik bazasını hazırlasaq, ali təhsil müəssisələrinin distant təshil vermək üçün maddi texiniki bazası yoxdur. Distant təhsilinin keçməsi üçün bizim müəllimlərimizin bilik və bacarıqları, IKT qabiliyyəti kifayət qədər aşağıdır. Burada təhsil alanların əsas məqamı var. Ali təhsil müəssisələri yüksək distant təhsil verə bilərlər, amma qoşulma zamanı tələbələrin internet, komputer, planşet problemi varsa, bu, təbii ki, ortaya problem çıxardacaq. Mövcud vəziyyət onu göstərdi ki, 11 il ərzində bizim ali təhsil müəssisələrimiz bu sahədə iş görməyiblər, amma sentyabra qədər məcburi şəkildə özlərinin distant təhsil mərkəzlərini yaratmalıdırlar və bu məcburi bir tələb olaraq ortaya çıxacaq. Hesab edirəm ki, təlimlərin keçirilməsi, kurslar vasitəsi ilə müəllimləri yetişdirmək olar. Eyni zamanda ali təhsil müəssələri bu sahədə təcrubəli mütəxəssisləri cəlb edib, mövcud vəziyyəti aradan qaldıra bilər. Mən hesab edirəm ki, əgər bu günləri deyiriksə dörd ali təhsil müsəssəsində distant təhsil mərkəzi yaradılıb və bu xidmət göstərilirsə, bzi sentyabr ayında bu rəqəmin 20-ə çatacağını ümid edirik. Artıq, bir çox ali təhsil müəssələri bu sahədə fəaliyyətə başlayıb. Hesab edirəm ki, biz sentyabrda Azərbaycanda yeni təhsil alma formatını, qanunvericilik bazasının hazırlandığını görəcəyik, eyni zamanda ali təhsil müəsslərində bu sahədə işlər görüləcəkdir.

XS
SM
MD
LG