Accessibility links

Torontoda “Kanada Azərbaycan Türkləri Topluluğu” təsis edilib


Torontoda “Kanada Azərbaycan Türkləri Topluluğu” (KATT) fəaliyyətə başladığını bildirib.

“Kanadada yaşayan Azərbaycan türkləri, İranın digər bölgələrindən olan türklər, eləcə də türk dili və mədəniyyətini sevən bütün insanların qatılıb, dilimiz, kültürümüz və kimliyimizi qorumaq və ucaltmaq kimi vəzifənin yerinə yetirilməsində əməkdaşlıq etməyə çağırırıq,”-deyə qurumun təsisçi şurası tərəfindən Toronto şəhərinin yerli qəzetlərində yayımlanan elanda qeyd edilib.

Qurumun veb səhifəsində bildirilir ki, KATT həmçinin üzvlərinin iştirakı və əməkdaşlığı vasitəsilə Kanadada yaşayan Azərbaycan türklərinin başlıca ehtiyaclarının müəyyən edilməsi və onların problemlərinin həlli edilməsini öz qarşısına məqsəd qoyur.

KATT sentyabr ayında qurumun təsis edilməsi münasibətilə xüsusi tədbir keçirəcəyini bildirib.

“Kanada Azərbaycan Türkləri Topluluğu”ölkənin ən böyük şəhəri olan Torontoda yaşayan bir qrup İran azərbaycanlı mədəni fəal, musiqiçi və hüquq müdafiəçisi tərəfindən təsis edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG