Accessibility links

Kanadada məscidə hücum edən şəxs həbs edilib


Kanadanın Kvebek şəhərində məscidə hücumdan sonra polis fransız-kanadalı universitet tələbəsini cinayət ittihamı ilə həbs edib.

27 yaşlı Aleksandr Bizonetə qarşı bazar ertəsi axşam saatlarında altı qətl və beş qətl cəhdi itihamı irəli sürülüb.

1 milyondan çox müsəlman kanadalıya demək istəyirəm ki, biz sizinləyik. Sizinlə birlikdə 36 milyon qəlb qırılıb. Bilin ki, biz sizə dəyər veririk. Siz hamımızın olan bu ölkəni ölçüyəgəlməz yollarla zənginləşdiririsiniz. Bura sizin evinizdir.
Catin Trudo

Bazar günü Kvebek İslam Mədəniyyət Mərkəzinə hücum zamanı səkkiz nəfər yaralanıb. Yaralananlardan beşinin vəziyyəti kritikdir.

Bazar ertəsi parlament qarşısında çıxış edən baş nazir Castin Trudo qurbanların dinləri səbəbilə hədəf alındığını deyib.

“1 milyondan çox müsəlman kanadalıya demək istəyirəm ki, biz sizinləyik. Sizinlə birlikdə 36 milyon qəlb qırılıb. Bilin ki, biz sizə dəyər veririk. Siz hamımızın olan bu ölkəni ölçüyəgəlməz yollarla zənginləşdiririsiniz. Bura sizin evinizdir,” deyə o bildirib.

Polis daha bir şübhəli şəxsi həbs etsə də, indi onu şahid kimi dindirirlər.

Polis hücumun səbəbini açıqlamayıb. Hücumda başqa birisinin iştirak edib-etmədiyi isə aydın deyil.

2016-ci ilin iyun ayında, həmin Kvebek məscidinin qapısının önünə ölü donuzun başı atılmışdı.

Baş nazir Trudonun ofisi bazar ertəsi ABŞ prezidenti Donald Trampın ona zəng edib başsağlığı bildirdiyini və yardım təklif etdiyini deyib.

XS
SM
MD
LG