Accessibility links

Kanada Ukrayandakı bəzi səfirlik işçilərini geri çağırıb


Kanadanın Müdafiə Naziri Anita Anand yanvarın 30-da Kyivə gəlib
Kanadanın Müdafiə Naziri Anita Anand yanvarın 30-da Kyivə gəlib

Kanada höküməti Kyivdəki səfirliyində kanadalı və əhəmiyyətli olmayan işçilərin müvəqqəti olaraq geri çağırılacağını bildirib. Üstəlik hökümət Rusiya arasında gərginliyin artması fonunda ehtiyat tədbirləri çərçivəsində Ukraynadakı hərbi qüvvələrini də qərbə köçürəcəyini xəbər verib.

Müdafiə naziri Anita Anand yanvarın 30-da Kyivdəki mətbuat konfransında bildirib ki, "kanadalı silahlı qüvvələrimizin təhülkəsizlikdə olması üçün lazım olan bütün işləri görməyə davam edəcəyik". O həmçinin Kanada qüvvələrinin Ukraynanın mərkəzindən keçən Dnepr çayının qərbinə doğru hərəkət etdiyini deyib.

Kanadanın Ukraynada hərbi təlim və silahlı qüvvələrin potensialın gücləndirilməsi missiyası çərçivəsində 200-ə yaxın hərbçisi var.

Kanadanın Xarici İşlər Nazirliyi bildirib ki, əhəmiyyətli olmayan işçilərin geri çağırılmasına baxmayaraq səfirlik fəaliyyətini davam etdirəcək.

"Vəziyyəti yaxından izləməyə davam etdiyimiz müddətdə bizim ən yüksək prioritetimiz kanadalıların təhlükəsizliyini təmin etməkdir. Oradakı rəsmilərimiz gərəkli olduğu təqdirdə Kanada vətəndaşlarına konsulluq xidməti göstərməyə hazırdır " deyə nazirlik bildirib.

Bundan əvvəl yanvarın 24-də Rusiyadan qaynaqlanan hərbi müdaxilə təhlükəsi səbəbindən ABŞ Dövlət Departamenti ABŞ səfirliyində çalışan diplomatların ailələrinə Kiyevi tərk etmək əmri vermişdi. Üstəlik eyni gündə Britaniya da oxşar qərar vermişdi. Digər tərəfdən Avstraliya və Almaniya da səfirlik işçilərinin bəzi ailə üzvlərini geri çağıracaqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG