Accessibility links

Kanada və ABŞ koronavirus pandemiyası zamanı sərhədlərin bağlı qalması qərarını uzadır


Kanada və ABŞ koronavirus pandemiyası zamanı sərhədlərin bağlı qalması qərarını iyunun 21-dək uzadıb.

Kanadanın baş naziri Castin Trüdo çərşənbə axşamı sərhədin zəif nöqtə olduğunu, buna görə də razılaşmanın daha 30 gün uzadılacağını deyib. Məhdudiyyətlər martın 18-də elan edilmiş, aprel ayında isə uzadılmışdı.

Trüdo bildirib ki, Kanadanın bölgə rəhbərləri açıq şəkildə təcrid qaydalarının davam etdirilməsini istəyir.

"Bu, hər iki ölkədəki insanları təhlükəsiz saxlayacaq" - deyə, Trüdo qeyd edib.

ABŞ Prezidenti Donald Tramp ABŞ və Kanadanın pandemiyaya qarşı birlikdə uğurlu mübarizə apardığını deyib. Ancaq bir çox kanadalı sərhədlərin yenidən açılmasından qorxur. ABŞ dünyada COVID-19-dan ölüm və yoluxma hallarına görə birinci yerdədir, baxmayaraq ki, adambaşına düşən rəqəmlər bir çox digər ölkələrdən xeyli aşağıdır.

Səhiyyə işçiləri, hava yolları heyəti və yük maşını sürücüləri kimi zəruri işçilərin sərhədi keçməsinə hələ də icazə verilir. Yük maşınların sürücülərinin işi ərzaq və tibbi malları hər iki istiqamətə daşıdıqları üçün çox vacibdir. Kanadada ərzaq tədarükünün çox hissəsi ABŞ-dan və ya ABŞ vasitəsilə gəlir.

Amerikaya qayıdan amerikalılar və Kanadaya qayıdan kanadalıların da sərhədləri keçməsinə icazə verilir.

Kanada ixracatının 75% -ni ABŞ-a göndərir və Amerika ixracatının təxminən 18% -i Kanadaya gedir. ABŞ-Kanada sərhədi dünyada iki dövlət arasında ən uzun sərhəddir.

XS
SM
MD
LG