Accessibility links

Kanada və Lima qrupu Venesuelada hərbi gücün tətbiqini istisna edib


Kanada və Latın Amerikası ölkələrinin Lima qrupu Venesuelada hərbi gücün tətbiqini istisna edib.

Lima qrupunun 13 üzv ölkəsinin xarici işlər nazirləri prezident Nikolas Maduronun dinc şəkildə hakimiyyətdən getməsi üçün təzyiqlərin əlavə variantları nəzərdən keçirir.

Nazirlərin mətbuat konfransına müdaxilə edən etirazçılar “Venesueladan əllərinizi çəkin” şüari səsləndirib.

Bu ölkə dünya üçün mühüm əhəmiyyət kəsb edən bir bölgədə zəngin bir dövlət idi. İndi baş verən yoxsulluq, kriminal, qəzəbə baxın.
Donald Tramp, ABŞ prezidenti

Lima qrupunun görüşündən əvvəl Kanadanın baş naziri Castin Trudo Venesuelaya 40 milyon dollar məbləğində humanitar yardım göstəriləcəyini bəyan edərək, Maduro hökumətinin güc tətbiq etmək və qorxu yaratmaq cəhdini diktatorluq kimi qiymətləndirib

Britaniya, İspaniya, Fransa, İsveç, Almaniya, Danimarka, Portuqaliya, Avstriya və Niderland da daxil edilməklə, 16 Avropa ölkəsi müxalifət lideri Xose Quaydonu Cənubi Amerika ölkəsinin müvəqqəti prezidenti kimi tanıdığını rəsmən bəyan edib.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Avropanı Venesuelanın daxili işlərinə müdaxilə etməkdə günahlandırıb.

ABŞ prezidenti Donald Tramp Venesuelaya hərbi müdaxilənin " bir variant" olduğunu deyib.

Rusiya, Çin və digər avtoritar dövlətlər Nikolas Maduronu dəstəkləməkdə davam edirlər.
Rusiya, Çin və digər avtoritar dövlətlər Nikolas Maduronu dəstəkləməkdə davam edirlər.

CBS xəbər agentliyinə müsahibəsi zamanı Tramp heç bir detal vermədən deyib ki, ABŞ və digər ölkələr prezident Nikolas Maduroya təzyiqlərini və müxalifət lideri Xuan Quaydoya müvəqqəti prezident kimi dəstəyini davam etdirəcək.

ABŞ dövlət başçısı bir neçə ay əvvəl Madorunun onunla görüşmək təklifini rədd etdiyini bildirib. O bunu hər ikisinin mövqeyinin uzaqlığı ilə izah edib. Tramp deyib ki, Quaydonun Venesuelada hakimiyyətə gəlməsi demokratiyanın irəliləməsinin nəticəsidir.

"Bu ölkə dünya üçün mühüm əhəmiyyət kəsb edən bir bölgədə zəngin bir dövlət idi. İndi baş verən yoxsulluq, kriminal, qəzəbə baxın. Düşünürəm ki, nəhəng etiraz aksiyaları bu prosesin təzahürüdür," prezident əlavə edib.

XS
SM
MD
LG