Accessibility links

Kanadada yeni era: Marixuana leqallaşdı


Kanada Uruqvaydan sonra marixuananın istifadəsi və satışını qanuniləşdirən ikinci və ən böyük dövlət oldu.

Oktyabrın 17-dən etibarən Kanadanın 13 əyalətin qanunlarına uyğun olaraq yaş həddi 18 və ya 19 olan hər kəs istər dövlət, istərsə də fərdi şəxslərə məxsus mağazalardan marixuana əldə edə biləcək.

Marixuananın tibbi məqsəqlə istifadəsi Kanadada 2001-ci ildən bəri qanunidir.

Çərşənbə günü Kanadanın bir neçə bölgəsində marixuanın satışını həyata keçirən mağazalar fəaliyyətə başlayıb. Yerli vaxtla saat 12-ni keçdikdən sonra yüzlərlə insan Seint Cons şəhərindəki satış məntəqələrinə axın edib.

95 illik qadağanı qaldırmaq hazırkı baş nazir Castin Trudonun seçki kampaniyasının əsas vədlərindən biri idi.

Hökumətin ümidlərinə baxmayaraq, qara bazarın bir gecədə yox olması gözlənilmir. Kanada mətbuatı Ədliyyə Nazirliyinə əsasən verdiyi məlumata görə, qara bazarın tamamilə aradan qaldırılması üçün dörd ilə yaxın vaxt tələb olunur.

Müxalifət partiyaları isə hökuməti marixuananın qanunilışdirilməsinə tələsdiyini bildirib.

Son rəy sorğuları göstərir ki, kanadalıların 70 faizi marixuananın leqallaşdırılmasının tərəfdarıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG