Accessibility links

Kanadaya sığınan səudiyyəli qız: Hekayəm zülmdən qaçmaq istəyənlərə ilham verəcək


Kanadaya sığınan səudiyyəli qız öz təcrübəsinin vətənindən qaçmaq istəyən qadınlara ilham verəcəyinə inandığını bildirib.

18 yaşlı Rəhaf Məhəmməd Əl-Qunun Avstraliya televiziyasına verdiyi müsahibədə onun Səudiyyə Ərəbistanındakı zülmdən qaçışına olan beynəlxalq diqqətin dəyişikliyə təkan verə biləcəyinə ümid etdiyini qeyd edib.

Əl-Qununun sözlərinə görə, o, yanvarın 5-də ailəsindən qaçaraq Küveytdən təyyarə ilə Banqkoka gəlib. İlk öncə Tailanda girişinə icazə verilmədiyi üçün o özünü hava limanındakı otel otağına qapadıb və Twitter-də şəkillərini paylaşaraq, qlobal diqqəti üzərinə çəkib. Bu diqqət nəticəsində Tailandın immiqrasiya rəsmiləri ilkin qərarını dəyişməyə məcbur olub.

Avstraliya daxil olmaqla bir neçə ölkə Əl-Qununun sığınacaq tələbini qəbul etmək üçün BMT-nin qaçqın agentliyi ilə danışıqlar aparırdı.

Şənbə günü səhər Seul vasitəsilə Tailanddan Kanadanın Toronto şəhərinə gələn Rahaf Məhəmməd Əl-Qununu xarici işlər naziri Kristia Frilend qarşılayıb.

Kanadanın baş naziri Castin Trudo ölkənin Əl-Qununu sığınacaqla təmin etdiyi təsdiq edib və yeniyetmənin Kanadada yaşamağı seçdiyini deyib.

Əl-Qunun ailəsini zorakılıqda ittiham edib və Banqkoka səfər edərək onu Səudiyyə Əərbistanına geri aparmaq istəyən atası ilə görüşməkdən imtina edib.

“Mənim ailəm tələbkardır və bir dəfə saçımı kəsdiyimə görə məni altı ay otaqda bağlı saxlayıb. Mən 100 faiz əminəm ki, Səudiyyə həbsxanasından çıxdığım an onlar məni öldürəcəklər” – deyə, o Tailandda ikən tvit ataraq bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG