Accessibility links

Kanzasın yeniyətmə siyasətçiləri [Video]


Kanzasın yeniyetmə siyasətçiləri
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Kanzasın yeniyetmə siyasətçiləri

Kanzas ştatından üç yeniyetmə qubernatorluğa keçirilən ilkin seçkilərdə məğlub olub. Gənc olmalarına baxmayaraq, qubernatorluğa namizədlər inanır kı, onların namizədliyi eyni yaşda olan digər gənclərdə siyasətə maraq oyada biləcək.
17 yaşlı qubernatotluğa namizəd Tayler Ruzik səsvemə yaşına çatmadığı üçün özünə səs verə bilməyib. ABŞ-da səs vermək üçün qanuni yaş 18-dir. Buna görə də, o səsverməyə yaşı çatan dostu Dominik Skavuzzo ilə birlikdə gəlib.

Bir çox seçicinin onların siyasi entuziazmını alqışlamasına baxmayaraq, onlar namizədlərin yaşının çox gənc olması ilə əlaqəli çox skeptik idilər.
Kanzaslı seçici Maqda Belden deyir ki, namizədin yaşı heç olmasa 21 olmalıdır. Lakin, o düşünür ki, onlara siyasətdə yeni gənc üzlər lazımdır.

Kanzasdan olan digər seçici Adeli Koks düşünür ki, gənc namizədləri siyasətə qatılmış görmək zarafat olsa da, olmasa da, çox yaxşıdır.
Başqa bir seçici Kellen Koks fikrincə illərlə təcrübəsi olan namizədlər daha təhlükəsizdirlər.
Kanzasdan olan seçici Pamela De La Fuente söyləyir ki, o bu gənc namizədlərin siyasi ofis tuta bilməsi üçün lazımi təcrübələri olduğu barədə əmin deyil. O bildirir ki, burada bir çox məsələlər var ki, onların heç bu haqda məlumatı yoxdu. Məsələn, elə vergilər, onlar hələ heç vergi də ödəmirlər.
Lakin namizədlər bildirirlər ki, məğlubiyyətlərinə baxmayaraq, onlar daha böyük bir məqsədə nail olublar: gənc nəslin səsverməyə səfərbərliyi və siyasi cəhətdən fəallığı.

Qubernatorluğa namizəd olan Tayler Ruzik düşünür ki, onlar, Dominik, Co Tutera, Cek Berqenson, o özü və başqaları çox uğurlu olublar, onların hamısının bu işdə əməyi var. Lakin onun fikrincə Dominik və o bu işdə daha müvəffəqiyyətli olublar. Onlar gəncləri konservatizmə, daha çox fərdiliyin ideyasına və onları Kanzasın siyasətinə tərəf yönəldə biliblər.
Onun sözlərinə görə onlar sistemi bir gecəyə və ya bir seçki ilə dəyişə bilməsələr də, onlar təsir göstərdilər və nəticədə yaş məhdudiyyəti qəbul edildi və bu, bu ştat tarixində bir də heç bir zaman baş verməyəcək. Bundan bəhrələnmək lazımdır.

Ruzikin dostu Dominik Skavuzzo söyləyir ki, onların hamısı 18 yaşında səfərbər olunurlar, bir çoxları onların yaşında səsvermə prosesi ilə tanış deyil. Onun dostlarından bir çoxu səsvermə ilə maraqlanmağa başladı. Onların hamısı valideynləri ilə səsverməyə getmişdilər.
Qubernatorluğa namizəd Cosef Tutera bildirib ki, onlar həqiqətən, 14 il ərzində ən yüksək seçici fəallığı müşahidə ediblər və o bunu ona görə olmasını istərdi. Bu, namizədlərin rekord sayından asılı ola bilər, bu fəallıq böyük bir işarədir.
Bir aylıq seçki kampaniyasından sonra gənc namizədlər gənc nəsli ruhlandırdıqlarına görə qürur duyur, gələcək karyeralarına ümidlə baxırlar.

XS
SM
MD
LG