Accessibility links

Kapitoli binasına hücum: Amerikalar gördüklərinə inana bilmir


Kapitoli binasına hücum: Amerikalar gördüklərinə inana bilmir
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Bir çox amerikalı Kapitoli binasına kütlə tərəfindən hücum edilməsini şok kimi qarşılayıb. Bunlar amerikalıların öz ölkələrində görə biləcəklərini gözləmədikləri səhnələr idi. 220 ildən çox tarixi olan ABŞ Kapitolisində heç vaxt buna bənzər hadisə baş verməmişdi: iğtişaş yaradan kütlə binaya zorla daxil olaraq hakimiyyətin ötürülməsi prosesinə mane olmağa çalışırdı.

Qanunverici kreslonun arxasında əyilərək dua edir.

Polis Kapitoli binasının içərisində silahdan istifadə edir.

Şüşələr qırılır. Binaya basqın edilir. Seçkili rəsmilərin kabinetləri dağıdılır.

Amerikalılar heç vaxt öz ölkələrində belə səhnələr görəcəklərini gözləmirdi. Bütün ölkə bu səhnələri televiziya ekranları və sosial mediada izlədi.

Hər şey çərşənbə günü prezident Donald Trampın ABŞ prezident seçkilərinin nəticələrinə etiraz etmək üçün keçirdiyi dinc yürüşlə başladı. Yürüşün keçirildiyi yerdən bir qədər aralı Konqresin birgə sessiyasında seçki nəticələrinin sertifikatlaşdırılması prosesi başlamışdı.

Prezident Donald Tramp: “Biz heç vaxt təslim olmayacağıq. Heç vaxt qəbul etməyəcəyik. Belə olmur. Saxtakarlıq olan zaman razı olmursunuz.”

Tramp etirazçılara Kapitoliyə yürüş etməyi təklif etdi. Kütlə binaya yaxınlaşdıqda polisin müqavimətinə rast gəldi və bu vaxt insanların davranışı dəyişdi. Onlar zorla binaya daxil oldular. Qanunvericilər sessiyanı tərk etməli oldu.

Prezident Tramp cümə axşamı yayımlanan videoda tərəfdarlarının Kapitoli binasına zorla daxil olmağa çalışdığı zaman baş vermis "zorakılıq, qanunsuzluq və qarışıqlıq"dan heyrətləndiyini bildirib.

Prezident Tramp: "Məni də bütün amerikalılar kimi zorakılıq, qanunsuzluq və xaos qəzəbləndirdi."

Tramp Demokratlar və Respublikaçılar tərəfindən onun vəzifəsindən kənarlaşdırılmalı olması ilə bağlı çağırışlarla qarşılaşır.

ABŞ şəhərlərində etirazlar qeyri-adi bir şey deyil. Yay aylarında etiraz aksiyaları bəzən zorakılıq və dağıntılarla müşayiət oldu. Lakin çərşənbə günü paytaxt Vaşinqtonda baş verənlər fərqli idi.

Respublikaçı strateq Liam Donovan: “Görünməyən şey insanların Kapitoliyə basqın etməsi, şüşələri sındırması, ofislərə girməsidir. Bunu görmək şok yaradır.”

Axşam saatlarında paytaxt Vaşinqtonda komendant saatı tətbiq edildi. İnsanlar ökəni heyrətə gətimiş bu hadisələrə nəyin səbəb olduğunu anlamağa çalışdı.

Cennifer Mersieka, Texas A&M Universiteti: “Biz bunun necə bitəcəyini bilmirik. Vaşinqtonda bu qarışıqlığa baxanda indi kimin məsuliyyət daşıdığını bilmək çətindir.”

Kapitoli binası bir çox tarixi hadisələrin şahidi olub. Lakin buna bənzər hadisə heç bir zaman baş verməyib.

XS
SM
MD
LG