ABŞ Kapitolisinin polisi maşınında patlayıcı maddələrin olduğunu iddia edən şəxsi həbs edib.
Rəsmilər həmin şəxsin Şimali Karolinadan 49 yaşlı Floyd Rey Rosberri olduğunu açıqlayıb. Onlar onun saatlarla davan edən danışıqların və Kapitoli ətrafının evakuasiya olunmasından sonra “təhlükəsiz” bir şəkildə saxlanıldığını bildirib.
Kapitoli polisinin rəisi Tom Manger müxbirlərə bildirib ki, polis zabitləri bir şəxsin pikapı Konqres Kitabxanasının önündəki səkiyə sürməsi ilə bağlı şikayətə cavab olaraq əraziyə yönəliblər. Sürücü əraziyə gələn polis zabitinə bombasının olduğunu deyib və polis zabiti də onun əlində detonatora bənzər cihazın olduğunu görüb.
Manger deyib ki, Konqres Kitabxanası və yaxınlıqdakı binalar təxliyə edilib və zabitlər şübhəli şəxslə müzakirələri davam etdirib. Maşında partlayıcıların olub-olmadığı bəlli deyil.
Mediaya şərh vermək səlahiyyətləri olmadığı üçün adlarının açıqlanmasını istəməyən mənbələr bildirib ki, şübhəli şəxs pikapın içindən kağıza qeydlər yazaraq onları polisə göstərib, polis də ona cavab olaraq ağ lövhədə yazı yazıb və onlar belə kommunikasiya ediblər.
Xəbərlərdə həmçinin bildirilir ki, şübhəli şəxs insidenti Facebook-da canlı olaraq yayımlayıb və hökumət əleyhinə çıxışlar edib. Kapitoli polisi bu xəbərləri təsdiqləməyib. Facebook videonu yığışdırıb.