Accessibility links

Kapitoliyə hücuma dair istintaq komitəsi ilk şahidləri dinləyir


ABŞ Konqresinin istintaq komitəsi yanvarın 6-sı tarixində Kapitoliyə hücumla əlaqədar ilk dinləmələrini keçirib. Dörd polis işçisi komitə üzvlərinə keçmiş prezident Donald Trampın tərəfdarlarından ibarət qəzəbli kütlənin keçən il prezident seçkilərində demokrat Co Baydenin qələbəsinin təsdiqlənməsinim qarşısını almaq üçün Kapitoli binasına daxil olmaq cəhdinin təfərrüatları haqda danışıb. Dinləməmlər zamanı ABŞ qanunvericiləri 6 yanvar hadisələrinin təfərrüatlarının gizlədilməməsi ilə bağlı xəbərdarlıq ediblər.

Dinləmələrində iştirak edən polis məmurlarından biri olan Aqvilino Qonel qanunvericilərə bildirib ki, o, Trampın seçkilərin kütləvi saxtakarlıq yolu ilə ondan oğurlandığını iddia edən yalan ifadələri ilə təhrik edilən iğtişaşçılar tərəfindən döyülüb.

“O gün yaşadıqlarımız orta əsrlərdə döyüş meydanında olanlara bənzəyirdi. Demokratik prosesimizi sarsıtmaq istəyən zorakı dəstənin Kapitolini işğal etməsinin qarşısını almaq üçün əl-ələ, qarış-qarış mübarizə apardıq” – deyə, Qonel qeyd edib.

"Yaşadığımız fiziki zorakılıq dəhşətli və sarsıdıcı idi" - deyə, polis məmuru əlavə edib.

O həmçinin deyib ki, ailəsi televiziyada baş verənləri izləyib və onun sağ olub- olmadığını sual edib.

6 Yanvar hadisələrini araşdıran komitəyə doqquz nəfər daxildir. Komitə Senat respublikaçıları hadisəni araşdırmaq üçün müstəqil komissiyanın yaradılmasının qarşısını aldıqdan sonra yaradılıb. Komitə üzvləri Nümayəndələr Palatasının spikeri Demokrat Nensi Pelosi tərəfindən təyin edilib. Komitənin rəhbəri demokrat Benni Tompsondur.

O, dinləmələri açaraq komitənin işinin “yalnız faktlarla müəyyənləşdiriləcəyini” və siyasət və partiyalılığa yer olmayacağını vəd edib. Tompson "dəhşətli" olaraq xarakterizə etdiyi hücumun görüntüləri də təqdim edib.

Respublikaçılar komitənin siyasi motivli olduğunu iddia edərək, böyük əksəriyyətlə onun yaradılmasına qarşı çıxıblar. Addımı komitədəki iki respublikaçı qanunvericidən biri və Trampı sərt tənqid edən Liz Çeyni müdafiə edib. O, tammiqyaslı araşdırma aparılmasına çağırıb.

“Kapitolidə nələrin baş verdiyini bilməliyik. O gün nə baş verdiyini - hər dəqiqə, Ağ Evdə hər telefon danışığı, hər söhbət, hər görüş - hücum ərəfəsində, hücum zamanı və sonrasında nə olduğunu bilməliyik” – deyə, Liz Çeyni qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG