Accessibility links

Azərbaycanda karantin qaydalarını pozanlar 200 manatdan 11 min manatadək cərimə ediləcək


Azərbaycan Milli Məclisinin dekabrın 18-də keçiriləcək plenar iclasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin artırılacağı gözlənilir.

Plenar iclaın müzakirəsinə təqdim edilən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklik layihəsinə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5 min manatdan 11 min manatadək məbləğdə cərimə ediləcək.

Qanun hazırki variantı isə belədir: Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG