Accessibility links

Karbon dioksidi daşa çevirən texnologiya [Video]


Karbon dioksidi daşa çevirən texnologiya
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Fosil yanacaqlarından asılı sivilizasiyamız atmosferə istixana qazları buraxmğa davam etdiyi üçün, alimlər bu qazlardan ən zərərlisi olan karbon dioksidin emissiyalarını azaltmağın səmərəli yolunu tapmağa çalışır. Karbon dioksid yeraltında tutulub saxlanıla ya da zərərsiz bir qayaya çevrilə bilər. Hər iki proses bahlı olsa da, məsələyə qarşı laqeydsizlik bundan daha baha başa gələ bilər.

Okeanın dibi bazaltlı olur. Əgər biz bu cür qarışığı okean dibinə yeridəcək texnologiya tapa biləsək, orada çox miqdarda karbon saxlamaq imkanımız olacaq.
Finnboqi Oskarsson

On il əvvəl, İslandiyanın kommunal xidmətləri şirkəti Reykyavik Enerji CarbFix adlı layihə başladıb. Bu layihənin məqsədi turbinlərini çevirən geotermal buxarın səbəb olduğu karbon dioskidin tutulub həmişəlik yeraltında saxlanılrmasının yollarının araşdırmaqdır.

“Biz əslində təbiətdə baş verəni yamsılayırıq, sadəcə daha sürətli bir şəkildə”,

Hellisheidi elektrik stansiyası qeyri-fəal vulkanın üzərində yerləşir. Bu vulkan hələ də yerin altında çox dərin bir yerdə çox az yanmağa davam edir. Bu da pulsuz və davamlı enerji mənbəyi kimi fəlaiyyət göstərən buxar yaradır. Lakin bu buxar özü ilə karbon dioksid daxil olmaqla bir çox istixana qazlarına səbəb olur.

Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi üzrə hökumətlərarası panelinə əsasən, qlobal istiliyinin ən böyük səbəbi atmosferə buraxılan karbon dioksidir. NASA isə bu məlumatı təsdqiləyir.

Hellisheidi elektrik stansiyasından karbon dioksid tutulub, suya ilə qarışdırılıb, yerin altına yeridilir.

“Həll olunmuş karbon dioksidi 2-3 kilometr dərinliyində olan bazalta daxil olur, orda isə karbon dioksidlə bazalt arasında təbii reaksiya baş verir və bu, karbon dioksidi 1-2 il ərzində daşa çevirir. Daşa çevriləndən sonra isə milyonlarla il daş halında qala bilər.”, Aradottir bildirir.

CarbFix
CarbFix

Alimlər deyir ki, əgər karbon dioksidi saxlamağın daha ucuz yolu tapılsa, onları saxlamaq üçün ən yaxşı yer ABŞ-ın şimal-qərb sahili, Hindistan və Cənubi Amerika sahillərindəki okean dibləri olacaq.

Beynəlxalq Enerji Agentliyi bildirir ki, neft istehsal edən ölkələr yavaş-yavaş tükənən neft yataqlarından mümkün qədər çox neft çıxarmağa çalışdığı üçün, önümüzdəki onilliklərdə karbonu tutub saxlayan texnologiyaların əhəmiyyəti artacaq.

“Okeanın dibi bazaltlı olur. Əgər biz bu cür qarışığı okean dibinə yeridəcək texnologiya tapa biləsək, orada çox miqdarda karbon saxlamaq imkanımız olacaq”, deyə Finnboqi Oskarsson bildirir.

Amma hələ ki, hər il təkcə 27 milyon ton karbon dioksid yığılıb saxlanılır. 2014-cü ildə atmosferdəki karbon dioksidin 1 milyard ton olduğunu nəzərə alsaq, bu, çox aşağı göstəricidir.

XS
SM
MD
LG