Qan axınında karbon monoksidi müəyyən etməyin sürətli və etibarlı yolu xəstəlikləri diaqnoz etməyə çalışan həkimlər üçün erkən xəbərdarlıq sistemi kimi xidmət göstərə bilər.
Bədənimiz az miqdarda karbon monksid istehsal edir. O, xəstəliklər kimi anormallıqlara reaksiya göstərmək məqsədilə bədəndə bəzi prosesləri təşviq edə bilən xəbərçi molekuldur.Dr. Ceyms Uilton-Eli
Karbon monoksid insanların qırmızı qan hüceyrələrinə yapışaraq, onların oksigen daşımalarının qarşısını alır və beləcə insanları boğur. Qaz həmçinin bəzi metallara da cəlb olunur. Tədiqatçılar da xəstəlikləri diaqnoz etmək üçün onun məhz bu xüsusiyyətindən istifadə edirlər.
“Karbon monoksid deyəndə ağlımıza evdə qazanxananın xarab olması nəticəsində yaranan ya da maşınlardan çıxan zəhərli qaz gəlir. Amma əslində bədənimiz özü də az miqdarda karbon monksid istehsal edir. O, xəstəliklər kimi anormallıqlara reaksiya göstərmək məqsədilə bədəndə bəzi prosesləri təşviq edə bilən xəbərçi molekuldur,” deyə Dr. Ceyms Uilton-Eli bildirir.
London İmperial Kollecinin bir komandası ultra-bənövşəyi işıq altında fluoresyens səbəbilə işıq saçan orqanik molekul hazırlayıb. Bu texnologiya gələcəkdə tibbi diaqnostikalarda çox mühüm rol oynaya bilər.
“Əgər biz karbon monoksidi kiçik miqdarlarda müəyyən edə biliriksə, o zaman biz nəyinsə yolunda getmədiyini anlaya və bunun nəticəsində xəstəliyə qarşı müalicə tətbiq edə bilərik. Ən əsası isə əgər əlimizin altında karbon monoksidi yoxlamaq üçün texnologiya olsa, biz ondan hətta ümumi praktika həkiminin həyata keçirdiyi əməliyyatlar zamanı isitfadə edə bilərik və beləcə xəstələri laboratoriyalar göndərmək əvəzinə anormal karbon monoksid dərəcəsini biopsiya zamanı müəyyən edə bilərik,” Dr. Uilton-Eli söyləyir.
Karbon monoksidin iltihabı aradan qaldıra və mümkündür hətta ürək-damar xəstəliklərini yüngülləşdirə biləcəyinə dair sübutlar var.