Vatikan xəzinədarı kardinal Corc Pell çərşənbə axşamı Avstraliyada cinsi istismar ittihamı ilə əlaqədar dörd həftəlik məhkəmə prosesinin ikinci günündə hakim qarşısına çıxıb.
Papa Fransisin məsləhətçisi olan 76 yaşlı kardinal ona qarşı qaldırılan Avstraliyada bir neçə insanı cinsi istismara məruz qoymaq ittihamları ilə bağlı özünün günahsız olduğunu iddia edib.
Bazar ertəsi keçirilən məhkəmədə Corc Pellin hərəkətlərindən zərər çəkdiyi iddia edilən insanların bəziləri ifadə verib. Ancaq həmin insanların şəxsiyyətləri gizli saxlanılıb.
Prokurorlar məhkəmə işinin tam icra olunması üçün kifayət qədər sübuta malik olana qədər Corc Pell rəsmi qərara etiraz etmək haqqına sahib deyil.
Papa Fransis məhkəmə işi bitənə qədər heç bir şərh verməyəcəyini bildirib.