Accessibility links

Tropik Karen qasırğası ABŞ-ın Puerto-Riko və Vircin adalarına yaxınlaşır


Tropik Karen qasırğasının Birləşmiş Ştatların Puerto-Riko və Vircin adalarına öz təsirini çərşənbə axşamı göstərəcəyi gözlənilir.

Milli Hava Xidməti Karenin çərşənbə axşamından başlayaraq çərşənbə günü daxil olmaqla adalarda daşqınlara və yer sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Milli Hava Xidməti sellərin Puerto-Rikonun şərqinə ciddi təsir edə biləcəyini proqnozlaşdırıb.

Birləşmiş Ştatların bu ərazisində hələ də Maria qasırğasının iki il əvvəl təsirinə məruz qoyduğu bölgələrdə bərpa işləri davam etdirilir.

Hər iki adanın rəsmiləri məktəblərin və idarələrin bağlanmasına göstəriş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG