Accessibility links

Amerikanın cənub sahillərinə qasırğa gəlir


Sinoptiklər Luiziana ştatının bəzi bölgələrində tropik fırtına barədə xəbərdarlıq yayıb. Karen adlı fırtınanın şərq istiqamətində irəliləyəcəyi, Florida ştatının körfəz sahillərinə çatacağı ehtimal edilir.

Mayami Milli Qasırğa Mərkəzi fırtınanın axşam saatlarında və ya şənbə günü sübh tezdən sahilə çatacağını və sonra qasırğaya çevrilə biləcəyini deyib.

Florida ştatının körfəz sahili boyu sakinlər qayıqlarını təhlükəsiz yerlərə köçürür, digərləri isə evlərini qorumaq üçün təhlükəsizlik tədbirləri görür.

Təhlükənin yüksək olacağı ehtimal edilən bölgələrdə sakinlər içməli su, kanservləşdirilmiş ərzaq məhsulları və batereya ilə çalışan radiolar və fənərlər almağa çağırılıb.

Federal Təcili Yardım Agentiyi olduqca ciddi təhlükə yarada biləcək qasırğaya dair tədbirlər görmək üçün hökumət orqanlarının bağlanması nəticəsində müvəqqəti işdən azad edilən işçiləri iş yerlərinə qayıtmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG