Accessibility links

Texasda karikatura müsabiqəsi keçirilən məktəbin mühafizəçisinə güllə atan iki şəxs öldürülüb


ABŞ-ın Texas ştatında karikatura müsabiqəsi keçirilən məktəbin mühafizəçisinə güllə atan iki şəxs öldürülüb. Polisin bildirdiyinə görə, onlar Məhəmməd peyğımbərin karikaturasına etiraz edib.

Bu gün onların Arizonadakı evlərində axtarış aparılıb.

Məktəb mühafizi aldığı xəsarətdən sonra xəstəxanada müalicə edilərək evə göndərilib.

Amerikanın Azadlığın Müdafiəsi Təşkilatının sponsorluğu ilə keçirilən tədbirin qalibi 10 min dollar mükafat almalı idi.

Qurumun veb səhifəsində bildirilib ki, 350-dən artıq karikaturanın təqdim edildiyi müsabiqə ifadə azadlığı və amerikalıların zorakı islam hədəsindən qorxmadığını tərənnüm etdirir.

Ötən həftə Hollandiya siyasətçisi Qiirt Uaylderin “Amerika müsəlman mühacirləri qəbul etməməlidir” deməsi mübahisələrə səbəb olub.

İslamın böyük tənqidçilərindən olan Uaylder Tvitter hesabında yazıb ki, nitqindən sonra ona atəş açılaraq öldürməyə cəhdi olunub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG