Accessibility links

Kərkükdə intihar hücumları çoxsaylı insanın ölümünə səbəb olub


İraqın şimal Dibis şəhərində iranlıların inşaat obyektində həyata keçirilmiş intiharçı hücumu nəticəsində 14 nəfər həlak olub. Kərkük şəhərində polis düşərgəsində və digər məkanlarda törədilmiş digər oxşar hücumlar zamanı isə İraqın 6 polis işçisinin və 12 İŞİD döyüşçüsünün öldürüldüyü bildirilir.

Polisə qarşı hücum zamanı düşərgədən atəş və bomba partlayışı səsləri gəlib. Yerli telekanalda yayımlanan videoda məntəqə qara tüstüyə bürünüb və fonda avtomat atəşi səsləri eşidilib.

Baş polis qərargahına ən azı 5 intiharçının hücum etdiyi deyilir. Onlardan biri üzərindəki bombanı partlatmamışdən əvvəl polis tərəfindən zərərsizləşdirilib.

Baş polis qərargahına ən azı 5 intiharçının hücum etdiyi deyilir. Onlardan biri üzərindəki bombanı partlatmamışdən əvvəl polis tərəfindən zərərsizləşdirilib.

Hücumun məsuliyyətini İŞİD qruplaşması dərhal üzərinə götürüb.

Kərkük qubernatoru Nəcməddin Kərim bildirib ki, yaraqlılar Kərkükdə heç bir hökumət binasını ələ keçirə bilməsə də, iki İŞİD-çi hələ də otellərdən birində qalıb. Gün ərzində Kərkükün müxtəlif yerlərində atəş səsləri də eşidilib.

Polis məntəqəsinə hücumdan bir neçə saat sonra 3 intiharçı Kərkük yaxınlığındakı Dibis şəhərində təmir işləri aparılan elektrik stansiyasında özlərini partladaraq 11 nəfərin ölümünə səbəb olub.

İkinci hücumun məsuliyyətini hələlik heç kəs üzərinə götürməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG