Accessibility links

ABŞ şirkətləri ayaqda qalmaq üçün mövcud vəziyyətə uyğunlaşmağa çalışır


ABŞ şirkətləri ayaqda qalmaq üçün mövcud vəziyyətə uyğunlaşmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:23 0:00

2020-ci ilin əvvəlində ABŞ-da brend çimərlik kostyumları hazırlayan bir fabrik gündə yüzlərlə çimərlik geyimi istehsal edirdi. Lakin COVID hər şeyi dəyişdi və buna görə də digərləri kimi dizayner Karla Kolletto da şirkətini ayaqda saxlamaq üçün mövcud vəziyyətə uyğunlaşmağa çalışır.

2020-ci ilin aprelindən bəri Virciniya ştatının Vyana şəhərindəki bu fabrikdə brend çimərlik geyimləri əvəzinə üz maskaları və tibbi geyimlər istehsal olunur. Buna səbəb COVID başlayandan sonra Karla Colletto brendinə məxsus üzgüçülük geyimlərinin satışının 75 faiz azalması oldu. Karla Colletto şirkətinin vitse-prezidenti Liza Rovan: “Biznesi ayaqda saxlamaq üçün fərqli bir şey etməli olduğumuzu bilirdik. Çimərlik geyimlərinin istehsalını dayandırmaq məcburiyyətində qaldıq və o zaman xəstəxanalar və həkimlərin qoruyucu vasitələrə ehtiyacı olduğunu gördük.”

Şirkət yenidən istifadə edilə bilən üz maskalarının istehsalına başladı. Maskaların bəzilərinə antibakterial xüsusiyyətlərə malik mis nano-hissəciklər yerləşdirilir. Bu maskaların xüsusiyyəti bir də ondan ibarətdir ki, onları 30 dəfəyə qədər yumaq olar. ”Biz maska hazırlamaq proseslərinin çimərlik paltarı hazırlanması prosesinə çox bənzədiyini anladıq. Bir çox texnika və komponent bir-birini tamamlayır” - deyə, Karla Kolletto bildirir.

Karla Kolletto bu günə qədər 22 mindən çox misdən hazırlanmış maska və 15 mindən çox tibbi xalat istehsal edib.

Suya davamlı, xüsusi örtüklü maskalar 30 dəfə yuyulmaya baxmayaraq bakteriya əleyhinə xüsusiyyətini saxlaya bilir. Karla Kolletto: "Pandemiya ilə əlaqədar nəzərə alınacaq çox şey var idi. Sosial məsafənin saxlanması üçün maşınları yenidən quraşdırmalı idik və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bütün təlimatlarına əməl etməli idik."

Nəticədə Karla Kolletto həm işini davam etdirməyi, həm də başqalarına yardım etməyi bacardı. Bu gün onun şirkəti bir sıra xeyriyyə təşkilatları və təşəbbüsləri ilə birlikdə işləyir. "Maska satışlarımızdan əldə etdiyimiz gəlirin bir hissəsi Fashion Girls for Humanity-ə bağışlanır və əlbəttə ki, üzərində çalışmağa davam etdiyimiz paltarı tikmək təşəbbüsümüz də var."

Karla Kolletto özü fabrikinin humanitar missiyası üzərində işləməyə davam edəcəyini və lazım olduğu müddətdə qoruyucu vasitələrin istehsalına davam edəcəyini deyir.

XS
SM
MD
LG