Cənubi və Şimali Karolina ştatlarının sahilyanı ərazilərinin sakinlərinə xəbərdarlıq edilib ki, Florens qasırğasından bir həftə sonra çay sularının səviyyələri artdığı üçün onlar hələ də evlərini evakusiya etməli ola bilər.
Cənubi Karolinanın Corctaun Qraflığının təxminən 6-8 min sakininə 3 metrədək çıxan rekord səviyyədə daşqınlar səbəbilə evlərini təxliyə etməyə hazır olmaları söylənib.
Daşqının çərşənbə axşamı Pi Di və Uakkamau çayları yaxınlığında başlayacağı, daşqın zonalarında yaşayan insanların isə bazar ertəsinədək evlərini tərk edəcəyi gözlənilir.
Milli Hava Xidmətinin verdiyi məlumata görə, Şimali Karolinada beş çay "yüksək" daşqın səviyyəsindədir, digər beşi isə "orta" daşqın səviyyəsinə çatıb. 40-cı avtomagistralın bəzi hissələrinin ən azı bir həftə su altında qalacağı gözlənilir.
Şimali Karolinanın digər hissələrində ştatın ətraf mühit rəsmiləri Florens daşqını səbəbilə su altında qalan kömür mədənlərini yaxından izləyir.