Accessibility links

Katalanoniyanın liderlərinə hökm oxunub


İspaniyanın Ali Məhkəməsi bazar ertəsi doqquz sabiq Katalan separatçı lideri 2017-ci ildə müstəqillik elan etmək cəhdinə görə 9 illə 13 il arası müddətlərə azadlıqdan məhrum edib.

Regionun keçmiş vitse-prezidenti Oriol Hunqueras qiyama çağırış və dövlət vəsaitlərindən sui-istifadəyə görə 13 il müddətinə həbs olunub.

Məhkəmə digər üç nəfəri yalnız itaətsizlikdə təqsirli tanıyıb və həbsə məkhum etməyib. Lakin onların hər biri ən ağır üsyan ittihamından bəraət qazanıb.

Kataloniyanın regional hökümətinin keçmiş lideri Karl Puçdemon bazar ertəsi verilən qərarı “qəddarlıq” adlandırıb.

Puçdemon Twitter səhifəsində: “Ümumilikdə 100 illik həbs. Bu, qəddarlıqdır. İndi daha öncə olmadığı kimi reaksiya göstərməliyik. Qızlarımız və oğullarımızın gələcəyi naminə. Demokratiya. Avropa. Kataloniya naminə”.

Puçdemon özü qadağan olunmuş referendum və qısaömürlü müstəqillik bəyannaməsi ilə bağlı aparılan məhkəmədə mühakimə olunmayıb, çünki o, Belçikya qaçıb və orada sığınacaq əldə edib.

XS
SM
MD
LG