Accessibility links

Katalan liderlər mübahisəli referendumdan sonra müstəqillik hüquqlarını elan ediblər [Video]


Katalan liderlər mübahisəli referendumdan sonra müstəqillik hüquqlarını elan ediblər
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Katalan liderlər mübahisəli referendumdan sonra müstəqillik hüquqlarını elan ediblər

İspaniya höküməti Kataloniya seçicilərinin səsvermədə iştirakının qarşısını almaq üçün minlərlə polisi cəlb etmişdi. Buna baxmayaraq, böyük sayda seçici məntəqələrdə toplaşıb və nəticədə polislə qarşıdurma baş verib. Zorakılıqla müşahidə edilən gündən sonra regionun prezidenti Kataloniyanın müstəqillik hüququ qazandığını elan etdi.

“Bu səbəbdən mənim hökümətim bir neçə gün ərzində referendumun nəticələrini Katalan parlamentinə təqdim edəcək ki, onlar referendum qanunlarına uyğun növbəti addımları atsınlar.”

İspaniyanın baş naziri Mariano Rahoy Kataloniyanın separatçı hökümətini demokratiyanı lağa qoymaqda ittiham edərək, bazar günü İspaniyada heç bir referendumun keçirilmədiyini bildirib.

“Biz öz vəzifəmizi yerinə yetirdik. Biz ilk andan başlayaraq, qanun çərçivəsində etməli olduğumuzu etdik. Biz nümayiş etdirdik ki, bizim demokratik dövlət qeyri-qanuni referendum cəhdləri kimi ciddi hücumlara qarşı özünü müdafiə etmək üçün resurslara malikdir.”

Regionun siyasi liderləri Rahoyun hökümətini zorakılıqda ittiham ediblər və bildiriblər ki, onlar İspaniya hökümətinin hərəkətlərinin qınanılması üçün Avropa Birliyinə müraciət edəcəklər.

İspaniyanın ən zəngin regionu olan Kataloniya 2010-cu ildə avtonomluğunun bir hissəsindən məhrum olub. Beş il sonra separatçılar Kataloniya seçkilərində qalib gəldilər və müstəqillik referendumu keçirmək qərarı verdilər. İspaniya konstitusiyası isə ölkənin bölünməz olduğunu deyir.

Yüzlərlə ispan paytaxt Madriddə toplaşaraq, referendum etirazlarını ifadə ediblər.

Lakin Katalanların da dünyanın müxtəlif yerlərində dəstəkçiləri var. Onların bəziləri Şotlandiyanın paytaxtı Edinburqda nümayişlər təşkil ediblər.

“Düşünürüm ki, hara olmasında asılı olmayaraq, istər Bask vilayəti, istər Kataloniya, ya da Şotlandiya, Fələstin və Kürdistan kimi yerlər. Xalqların müstəqil yaşamaq hüququ var və biz bunu dəstəkləməliyik.”

Bazar günü baş verən polis zorakılığı bəzi avropalı siyasətçilər tərəfindən artıq tənqid edilib. Bu Referendum İspaniyanın 42 illik demokratiya tarixinin ən böyük siyasi böhranına təkan verib.

XS
SM
MD
LG