Accessibility links

Almaniyalı prokurorlar Katalan liderinin ekstradisiya olmasını tələb edir


Alman prokurorları regional məhkəmədən müstəqil referendum təşkil etdiyinə görə üsyan ittihamı ilə üzləşən Kataloniya lideri Karles Puçdemonun ekstradisiyasına icazə verməsini istəyib.

Puçdemon səsvermədən sonra İspaniyadan Belçikaya qaçıb, lakin martın 25-də Almaniyada həbs olunub.

Fransa Xəbər Agentliyi xəbər verir ki, Puçdemonun vəkili İspaniyanın Ali Məhkəməsinin üsyan ittihamları ilə onu məsuliyyətə cəlb etmək qərarına qarşı appelyasiya şikayəti edib və onun referendumdan sonra baş verən zorakılıqlarla heç bir əlaqəsinin olmadığını bildirib.

Puçdemondan əlavə 24 digər katalan separatçı liderə qarşı da üsyan ittihamları irəli sürülüb.

Kataloniyada dekabrda keçirilən parlament seçkilərində müstəqillik tərəfdarı qanunvericilər az fərqlə üstünlüyü əldə edib. Lakin Puçdemon qaçandan bəri parlament yeni prezidenti elan edə bilməyib. Onların müstəqillik iddialarının gələcəyi isə qeyri-müəyyəndir.

Katalan separatçılar regionun İspaniya iqtisadiyyatına təkan verən əsas qüvvə olduğunu deyir və daha çox muxtariyyət tələb edir.

XS
SM
MD
LG