Accessibility links

Kataloniyaya qarşı müstəqillik iddialarından əl çəkməsinə dair təzyiqlər artır


Kataloniyanın sətrxətt tərəfdarı separatçı liderrlərinə qarşı müstəqillik iddialarından əl çəkilməsinə dair təzyiqlər artır.

Regionun prezidenti Çarlz Puqdemon və digər ayrılıq tərəfdarı liderlər hökumət və məhkəmələrin qeyri-qanuni adlandırdığı müstəqilliyin elan ediləcəklərinə and içib.

Prezident Çarlz Puqdemont
Prezident Çarlz Puqdemont

İspaniyanın böyük bankları, iki kommunikasiya şirkəti və Barselonada keçirilən kütləvi etirazlar separatizmin əleyhinədir.

Barselonada kataloniyalılar hökumətin Kataloniyanın İspaniyadan ayrılmasına imkan verməyən hökumət əleyhinə nümayiş keçirib.

Polis yürüşə 350 min insanın qatıldığını desə də, təşkilatçılar aksiyada 900 min adamın iştirak etdiyini bildirib.

Bu etirazlar ötən həftə keçirilən refendumdan sonraya təsadüf edir. Həmin referendumda katalonların əksəriyyəti müstəqlillik lehinə səs verib, lakin milli hökümət səsverməni qeyri-qanuni adlandırıb. Hazırda necə irəliləcəkləri ilə bağlı çətin qərarlarla üzləşən Kataloniya liderləri İspaniyanın milli hökümətini dialoqa çağırırlar.

Ötən həftə yüksək səviyyəli Avropa İttifaqı rəsmisi separatçıların mübahisəsinin silahlı münaqişəyə çevrilmək ehtimalı olduğunu deyib.

“Onların mövqeyi çox narahatedicidir. Burada, Avropanın ortasında vətəndaş müharibəsi baş verə bilər”, deyə Almaniyanın Avropa İttifaqı nümayəndəsi Qunter Oettinger Münhendə keçirilən tədbirdə söyləyib.

Almaniyalı nümayəndənin bu sözləri Aİ diplomatları arasında təşviş yaradıb.

İspaniyanın baş naziri Mariano Rahoy Kataloniyanın yarı-muxtariyyətini ləğv edərək, Madridin birbaşa nəzarətinə salmaqla təhdid edib. O, Kataloniyanın separatçı liderləri bazar günü keçirilən icazəsiz refenduma əsaslanaraq müstəqillik deklarasiyası təqdim edəcəyi təqdirdə heç bir danışığın baş tutmayacağını deyib.

XS
SM
MD
LG