Accessibility links

Kataloniya separatçı hərəkatının lideri seçki kampaniyasını başlatdı


Kataloniyanın separatçı hərəkatının qaçaq lideri yeni Katalan seçkiləri ilə bağlı kampiyasını Belçikida başladıb.

Regionun prezidenti kimi yenidən seçilmək iddiasında olan Karles Puçdemon şənbə günü Brugge şəhərində “Kataloniya üçün birlikdə” kampaniyasını elan etdi. İspaniya mətbuatının bildirdiyinə görə, onun seçdiyi 90 namizəd kampaniyanın elan edilməsi üçün Kataloniyadan Belçika şəhərinə səfər edib.

Puçdemon və onun hökümətinin dörd sabiq üzvü 27 oktyabr tarixində Kataloniya parlamenti tərəfindən müstəqilliyin elan edilməsindən sonra Belçikaya uçublar. Müstəqillik elanından dərhal sonra İspaniya rəsmiləri regiondakı nəzarəti ələ alaraq, Katalonoya hökümətini istefaya göndərib və 21 dekabr tarixinə yeni seçkilər təyin ediblər.

Puçdemonun ekstradisiyası bir neçə həftə çəkə bilər. Bu isə onun seçki kampaniyasının xaricdən idarə edilə biləcəyi mənasını verir. Kataloniyanın sabiq prezidentinin İspaniya dönəcəyi halda həbs ediləciyi gözlənilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG