Accessibility links

Kataloniya liderləri məhkəmə qarşısına çıxmağa çağırılıblar


İspaniyanın Ali Məhkəməsi vəzifəsindən uzaqlaşdırılmış Kataloniya prezidenti Karles Puçdemonun cümə axşamı məhkəmə qarşısına çıxmaq çağırışı ilə müraciət edib.

İspaniya prokurorları hal-hazırda “təhlükəsizlik və azadlıq səbəbilə” Brüsseldə olan Puçdemona və onun həmkarlarına qarşı üsyan və mənimsəmə ittihamları irəli sürəcəklərini elan ediblər.

Puçdemon çərşənbə axşamı Belçikadan siyasi sığınacaq istəməyəcəyini bildirib. O, hakimiyyətdən uzaqlaşdırılmış administrasiyasının 13 üzvü ilə birlikdə cümə axşamı məhkəmə qarşısına çıxmağa çağırılıb.

Baş prokuror Xose Manuel Maza bazar ertəsi deyib ki, o Kataloniya liderlərinə İspaniyada ayrılmaq cəhdləri ilə bağlı ittihamlar irəli sürəcək.

Madrid höküməti ayrılma cəhdlərini rədd edib və keçən həftə Kataloniya qanunvericilərinin müstəqillik elan etmələrindən sonra mərkəzi hökümət regiona nəzarəti öz üzərinə götürüb və yerli parlamenti buraxıb.

Yeni seçkilər dekabr ayına təyin edilib. Kataloniyanın separatçı partiyası seçkilərdə iştirak edəcəyini bildirib.

XS
SM
MD
LG