Accessibility links

Kataloniya parlamentinin plenar iclası baş tutmayacaq


Bu haqda İspaniyanın Konstitusiya Məhkəməsi hökm çıxarıb

İspaniyanın Konstitusiya Məhkəməsi gələn həftə Kataloniya parlamentinin sessiyasını qadağan edib.

Parlamentin plenar iclasında Katoloniyanın İspaniyadan ayrılmasına dair səsvermə keçirilməli idi.

Kataloniya vəkilləri parlamentin sessiyasının referendumun səsləri ilə bağlı olaraq qanunsuz ola biləcəyini deyir. Belə ki, Konstitusiya Məhkəməsi referendumun nəticələrinin də nəzərə alınmamasına dair hökm çıxarıb.

İspaniyanın baş naziri Mariano Rajoy Kataloniya rəsmilərini daha geniş bəlaya yol verilməməsi üçün İspaniyadan ayrılmaq planından əl çəkməyə çağırıb.

İspaniya höküməti Kataloniya seçicilərinin səsvermədə iştirakının qarşısını almaq üçün minlərlə polisi cəlb etmişdi.

Buna baxmayaraq, böyük sayda seçici məntəqələrdə toplaşıb və nəticədə polislə qarşıdurma baş verib.

Zorakılıqla müşahidə edilən bazar günündən sonra regionun prezidenti Kataloniyanın müstəqillik hüququ qazandığını elan edib.

XS
SM
MD
LG