Accessibility links

Kataloniya kabinet rəsmilərinə qarşı buntçuluq və üsyan ittihamları irəli sürüləcək


İspaniyanın dövlət prokuroru Kataloniya kabinet rəsmilərinə qarşı buntçuluq və üsyan ittihamları irəli sürüləcəyini bəyan edib.

Baş prokuror Hose Manuel Maza Kataloniya liderlərinin pul mənimsənilməsi ittihamları ilə də üzləşəcəyini bildirib.

Dünən Kataloniyada minlərlə insanın iştirsak etdiyi yerüşdən sonra iş rejimi normal tempdə başlayıb, küçələrdə sakitlikdir. Baxmayaraq ki, bəzi separatçı siyasətçilər vətəndaş itaətsizliyinə çağırmışdı.

Barselonadakı Kataloniya regional hökumətinin binası qarşısında İspaniya və separatçı Kataloniya bayraqları dalğalanır.

Dövlət idarələrinin bəziləri yeni rəhbərlərinin əmrlərinə reaksiya verməyib. Ancaq iğtişaşların olmaması maliyyə bazarlarında rahatlıq yaradıb, səhmlər yüksəlib.

Oktyabrın 1-də keçirilmiş müstəqillik referendumundan sonra İspaniyada ciddi siyasi böhran yaranıb. Cümə günü ölkənin baş naziri Mariano Rajoy regiona birbaşa idarəçiliyi ələ alıb, separatçı hökuməti buraxıb, dekabrın 21-nə növbədənkənar seçki təyin edib.

Kataloniya administrasiyasının bəzi aparıcı üzvləri – prezident Çarlz Puqdemont, vitse-prezident Oriol Hunqueras bu addımı qəbul etməyəcəklərini bildirib.

İşdən çıxarılmış liderlərin çoxu bazar ertəsi gözə çox girməməyə çalışır, mərkəzi hökumətə meydan oxumayıb.

Puqdemont Instagram səhifəsində regional hökumət binasının içindən foto paylaşıb.

Regional nəqliyyat lideri Cosep Rull Twitter-də ofisdə çalışdığı fotosunu yerləşdirib, ancaq sonradan onu binadan çıxan görüblər. İspaniyanın nəqliyyat naziri radio müsahibəsində deyib ki, Rulla şəxsi əşyalarını toplamağa icazə veriləcək, amma işləməyə yox.

Binadan çıxan Rull deyib ki, PdeCat partiyasının iclasına getməlidir.

Regionun digər liderləri işdə görünməyiblər, ancaq əməkdaşlarının bəziləri işə çıxıblar.

İspaniyanın dövlət ittihamçısı regionda hər hansı itaətsizliklə bağlı prezident Puqdemont və digər liderlərə qarşı şikayətləri toplayıb İspaniya Ali Məhkəməsinə təqdim etməlidir.

Buraxılan hökumətin təyin etdiyi 140 yüksək vəzifəli rəsmidən biri durumu “normal” adlandırıb. “Biz dövlət qulluqçuları kimi hər şeyin normal getməsini arzulayırıq. İşlər davam etməlidir. Gündəlik işlər görülməlidir”, keçmiş vitse-prezident Hunquerasla işləyən rəsmi deyib.

Kataloniyada 200 min dövlət qulluqçusu maaşı birbaşa regional, 100 mini isə Madrid hökumətindən alır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG