Accessibility links

İspaniya rəsmiləri Kataloniyada seçki məntəqələrini mühasirəyə alıb


İspaniya rəsmiləri Kataloniya ərazisinin müstəqilliyi ilə nəticələnə biləcək referendumdan öncə seçki mətqələrini möhürlüyür və bülletenləri müsadirə edir.

İspaniya höküməti deyir ki, regional hökümətin hazırlıq işləri görməsinə baxmayaraq, Kataloniyada bazar gününə planlaşdırılmış müstəqillik səsverməsi olmayacaq.

İspaniyanın şimal-şərq regionunun ən yüksək vəzifəli təhlükəsizlik rəsmisi Enrik Millo şənbə günü bildirib ki, polis artıq referendum səsverməsi üçün müəyyən edilmiş 2,300-dən artıq seçki məntəqələrinin yarısını mühasirəyə alıb.

O, İspaniya rəhbərliyi Katalan rəsmilərinin seçkilərdə istifadə etməyə planlaşdırdıqları texnologiyanı sökdüklərini və bununla referendumun mümkünsüz olacağını bildirib.

Katalan rəsmiləri isə öz növbələrində deyiblər ki, İspaniya mərkəzi hökümətinin atdığı addımlara baxmayaraq, onlar seçki hazırlıqları işlərinə davam edirlər. Əlavə edilir ki, referendumun nəticələrini seçkidən sonra 48 saat ərzində elan ediləcək.

XS
SM
MD
LG