Accessibility links

Kataloniyada yenidən etiraz aksiyaları keçirilir [Video]


Kataloniyada yenidən etiraz aksiyaları keçirilir
please wait

No media source currently available

0:00 0:02:57 0:00

İspaniyada yenidən siyasi iğtişaş yaşanır. Belə ki, həftə sonu Kataloniyanın keçmiş prezidenti Karles Puçdemonun həbs edilməsindən sonra ölkə boyu etirazlar baş verib. Puçdemon beynəlxalq həbs sanksiyası ilə Almaniyada həbs olunub. Yarı-muxtar Kataloniya regionu ötən il keçirilən referendumda böyük səs fərqi ilə müstəqillik lehinə səs verib. Lakin Madridin qeyri-qanuni hesab etdiyi həmin referendumda seçici fəallığı 50 faizdən aşağı olub. Daha sonrakı seçkilərdə isə müstəqillik tərəfdarı partiyalar az səs fərqi ilə üstünlük əldə edib.

Seçilən insanların həbs edilməsi, diktaturadır. Onlar Avropanın həbs sanksiyasından siyasi məqsəd üçün sui-istifadə edirlər. Avropanın isə bu vəziyyətə reaksiya verməməsi rüsvayçılıqdır.
Pol Bekart

Karles Puçdemon bazar ertəsi Almaniyanın Neumuenster şəhərində məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onun ekstradisiyası ilə bağlı qərar verəcək.

O, bazar günü, Belçikaya dönməyə çalışarkən Danimarka sərhədini keçəndə İspaniyanın beynəlxalq həbs qərarı ilə Almaniyada saxlanıb.

Puçdemonun həbsi bir neçə Katalan şəhərində şiddətli nümayişlərin keçirilməsinə səbəb olub. Nəticədə bir neçə polis zabiti daxil olmaqla, azı 50 nəfər xəsarət alıb.

“Məncə artıq real inqilab zamanıdır. Biz bu ölkənin qarşısını almalıyıq,” deyə müstəqillik tərəfdarı nümayişçi Anna bildirib.

Müstəqillik tərəfdarı vəkillər və parlament işçiləri etiraz olaraq bazar ertəsi tətil edib.

Puçdemonun Brüsseldəki vəkili Pol Bekart Madridin bu adımını qınayıb.

“Seçilən insanların həbs edilməsi, diktaturadır. Onlar Avropanın həbs sanksiyasından siyasi məqsəd üçün sui-istifadə edirlər. Avropanın isə bu vəziyyətə reaksiya verməməsi rüsvayçılıqdır,” Bekart deyib.

Almaniya məhkəmələri keçmiş Kataloniya prezidentini ekstradisiya edib-etməməyə hələ qərar verməyib. Hüquqi analitik Nikolas Qazeas isə deyir ki, bu çox mürəkkəb proses ola bilər.

Karles Puçdemon
Karles Puçdemon

“Məhkəmə Kataloniyada baş verən hadisələrin, Puçdemonun etməkdə ittiham olunduğu əməllərin Almaniya qanunlarına uyğun olaraq cəzalandırılmalı olub-olmadığını müəyyən etməlidir,” o söyləyib.

13 sabiq katalan lideri Madrid tərəfindən üsyana cəhddə ittiham olunur. Puçdemon daxil olmaqla beş lider oktyabrda hökümətin təqiblərə başladığı dövrdə ölkədən qaçıb və barələrində beynəlxalq həbs qərarı çıxarılıb. Lakin cinayət qanunları Avropa boyu dəyişir. Bu səbəbdən də Qazeas deyir ki, ekstradisiya üçün iki ölkənin qanunları bir-birinə müvafiq olmalıdır.

Məhkəmə Kataloniyada baş verən hadisələrin, Puçdemonun etməkdə ittiham olunduğu əməllərin Almaniya qanunlarına uyğun olaraq cəzalandırılmalı olub-olmadığını müəyyən etməlidir.
Nikolas Qazeas

“Əgər Almaniya məhkəməsi üsyanın ekstradisiya ediləcək dərəcədə bir qanun pozuntusu olmadığına dair qərar çıxarsa və Almaniya höküməti bu qərarla razılaşsa, Puçdemon üsyana cəhd etməkdə ittiham olunmayacaq, ona qarşı təkcə pulların mənimsənməsi ittihamı irəli sürüləcək. Bu isə daha yüngül cəzası olan qanun pozuntusudur. İspaniya isə bununla üsyan qədər çox maraqlanmır,” deyə o bildirib.

Qərarın verilməsinin bir neçə gün çəkəcəyi gözlənilir.

Təhlilçilər deyir ki, Kataloniyada etirazlara baxmayaraq, Puçdemonun həbsinin yenidən müstəqillik tələblərinə səbəb olub-olmayacağı hələ ki məlum deyil, çünki elə müstəqillik hərəkatının daxilində hələ də, fikir ayrılıqları mövcuddur.

XS
SM
MD
LG