Accessibility links

Kataloniyalılar müstəqilliyə dəstək mitinqi keçirib


Çərşənbə axşamı yüz minlərlə kataloniyalı keçən il Kataloniya liderinin müstəqillik elan etməsi və ölkəni konstitusiya böhranına sürükləməsindən sonra hadisələrin ildönümünü qeyd etmək üçün Barselona küçələrinə çıxıb.

Zəngin şimal-şərq bölgəsinin İspaniyadan ayrılması tərəfdarları son illər 11 sentyabrda 1714-cü ildə sahildəki paytaxtın ispanlara süqutunun ildönümünü olan "Diada"nı qeyd edərək, bu gündən müstəqillik uğrunda mübarizələrini təşviq etmək üçün istifadə ediblər.

"Hamınıza gözəl Diada arzu edirəm. Yaşasın azad Kataloniya."
Quim Torra

Keçən il Madridin yerli idarəetməyə görünməmiş şəkildə son qoymasının ardınca sürgündə olan sələfindən sonra rəhbərliyə keçən Kataloniya lideri Quim Torra müstəqilliyə dair məcburi referendumun keçirilməsinə dair təklifinə dəstək məqsədilə bu il kataloniyalıları kütləvi mitinqə çağırıb.

Torra televiziya vasitəsilə etdiyi müraciətində Kataloniya hökumətinin "respublikanı reallığa çevirməyi qərara aldığını" söyləyib.

O, müstəqilliyə çağırışda rolu olan həbs edilmiş doqquz siyasətçiyə dəstək rəmzi olaraq sarı rəngli lent taxmışdı. Fəalların həbsi Kataloniya hökümətinin irəli sürdüyü ən böyük şikayətdir.

İyun ayında hakimiyyətə gəlmiş sosialist baş nazir Pedro Sançes daxili siyasətdə ən mürəkkəb məsələ ilə bağlı mühafizəkar sələfi Mariano Rajoydan fərqli olaraq, daha yumşaq yanaşmaya malikdir. Lakin o, Katalonyanın ayrılması istiqamətində hər hansı təktərəfli cəhdə qarşı qəti mövqe nümayiş etdirir.

Keçən il nümayişçilərin bir-birinin çiyinlərinə çıxıb ənənəvi insan qüllələri yaratması ilə qeyd edilən Diada regional hökumətin Madridə qarşı gedərək, referendum keçirmək üçün hazırlaşdığı dövrə düşdü. Rəsmi Madrid səsvermənin qarşısını almaq üçün bölgəyə iğtişaş polisi göndərdi.

Torranın sələfi və müttəfiqi olan Karles Puçdemontun o zaman müstəqillik elan etməsi Madridin Barselonanın ölkənin bölünməz olduğu təsbit edilən 1978-ci il Konstitusiyasını pozduğu əsasında Kataloniyada birbaşa idarəçiliyini tətbiq etməsi ilə nəticələnmişdi.

Müstəqilliklə bağlı hadisələrin ildönümü qeyd olunduğu zaman əlavə polis qüvvələri yerləşdirilib. Hökumətin regional nümayəndəsi ötən həftə təxminən 600 hərbçinin əraziyə göndərildiyini və bunu planlaşdırılan mitinqlərə normal yanaşma olduğunu söyləyib.

Kataloniya regionunun lideri Quim Torra
Kataloniya regionunun lideri Quim Torra

İspaniya iqtisadiyyatının beşdə bir hissəsini təşkil edən, təhsil və səhiyyə sistemi, o cümlədən, öz polis qüvvələri olan yüksək muxtariyyətə malik Kataloniyanın ayrılması məsələsi ilə bağlı fikir ayrılıqlarının mövcudluğu aydındır.

Centro d'Estudis d'Opinionun iyul ayında keçirdiyi sorğuda kataloniyalıların 44,9 faizinin müstəqil dövlət istədiklərini, 46,7-nin isə bunu istəmədiyini göstərib.

Ötən ilki qadağan edilmiş referendumda seçici fəallığı yüksək olmasa da, səslərin çoxu müstəqilliyə verilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG