Accessibility links

Katalonlar İspaniya şəhərlərində müstəqillik naminə yürüşlər keçirib


Yüz minlərlə katalon İspaniyanın şimal-şərq regionuna müstəqillik verilməsi məqsədi ilə Barselonada və ölkənin digər şəhərlərində yürüş keçirib.

Kataloniya polisi yürüşdə iştirak edənlərin sayının 800 min olduğunu bildirib. Lakin müstəqilliyə qarşı olan Madrid hökuməti yürüş iştirakçıların sayının bunun yarısı qədər olduğunu iddia edir.

Katalonların İspaniyadan ayrılma prosesinin yavaş getməsindən narazılığını bildirərək, regionun birtərəfli qaydada müstəqilliyini elan etməsini görmək istədiklərini deyir.

“Bu mənim üçün olduqca vacibdir. Mənə elə gəlir ki, biz müstəqilliyimizi əldə edəcəyik. Biz mübarizəmizi davam etdirməliyik.”

Özünəməxsus dil və mədəniyyətə malik Kataloniya bölgəsi artıq yüz illərdir Madriddən müstəqilliyini qazanmaq istəyir.

Kataloniyanın müstəqillik tərəfdarı olan regional hökuməti qarşıya gələn ilin ortalarında İspaniyadan ayrılmaq kimi bir məqsəd qoyub, lakin mərkəzi hökuməti məsələ ilə bağlı refedenrum keçirilməsinə razılıq verməyə inandıra bilməyib.

Kataloniyanın koalisiya hökuməti daxilində siyasi ədavət və İspaniya iqtisadiyyatının zəyifləməsi də məsələnin daha da mürəkkləbləşməsinə gətirib çıxarıb.

XS
SM
MD
LG