Accessibility links

İki cərrahın korluqla mübarizə səyləri [Video]


İki cərrahın korluqla mübarizə səyləri
please wait

No media source currently available

0:00 0:02:33 0:00
İki cərrah-biri amerikalı, digəri isə nepallı qarşısı alına bilinən korluqla mübarizə səylərinə qoşulub.

10 dəqiqəlik mikrocərrahiyyə əməliyyatı kataraktanın ən ağır formalarını aradan qaldıdır. Əməliyyat tikiş də tələb etmir. Bir gün sonra xəstələrin mükəmməl görmə qabiliyyəti bərpa edilir. Prosedur süni linzaların yardımı ilə həyata keçirilir.

1995-ci ildən bu əməliyyat min dəfələrlə edilib. Bu, göz cərrahı nepallı doktor Cefri Tabinin sözləridir. O, doktor Ruitlə bərabər Himalay Katarakta layihəsində iştirak edir.

Doktor Tabin layihədə yüzlərlə cərrahın iştirak etdiyini, onların Afrika ölkələri və Şərqi Asiyada insanları korluqdan xilas etdiyi deyir. “Nə qədər çox xəstə gəlsə, bu məni sevindirir.”

Dr. Ruit Nepalın yoxsl bir kəndində böyüyüb. O, korluğun yoxsulluğa, hətta erkən ölümlərə yol açdığının şahidi olub. “Onlar barmalarını saya bilmirlər.”

Gənc cərrah kimi o, süni linzalarla tez bir şəkildə, xəstəxanadan kənar şəraitdə, cəmisi 25 dollara əməliyyatın mümkünlüyünü müəyyən etdikdən sonra Himalay bölgəsində ehtiyacı olanlara yardım əlini uzatmağa başlayıb.

Himalay Katarakta layihəsi yerli həkimlər və tibb işçilərinə təlimlər də verir. İndi layihə Nepal, Butan, Hindistanın şimalı, Çin, Qana və Efiopiya kimi ölkələrdə tam fəaliyyətdədir.

Doktor Tabinin təxminlərinə görə, indiyədək 2 milyona yaxın insanın görmə qabiliyyəti bərpa edilib. İndi onların məqsədi dünyanın hər bir yerində qarşısı alına bilinən korluğun aradan qaldırılmasıdır.
XS
SM
MD
LG