Accessibility links

Katerin Pilişvili: "Hökümət Avropa Şurası və Avropa İttifaqının səssiz qalmasını gözləyir"


Katerin Pilişvili: "Hökümət Avropa Şurası və Avropa İttifaqının səssiz qalmasını gözləyir"
please wait

No media source currently available

0:00 0:06:05 0:00

Katerin Pilişvili: "Hökümət Avropa Şurası və Avropa İttifaqının səssiz qalmasını gözləyir"

Human Rights Watch beynəlxalq insan hüquqları təşkilatı bu yaxınlarda Azərbaycanda son bir ayda müxalifət fəallarının həbsinin artması ilə bağlı bəyanat yayıb. Təşkilat bəyanatda Azərbaycan hakimiyyətini divantutmaya son qoymağa çağırıb. Təşkilatın Avropa və Orta Asiya bölməsindən Katerin Pilişvili Amerikanın Səsinə müsahibədə Azərbaycanda 14 iyun mintinqindən sonra baş verən həbs dalğasından, müxalif fəallaraq qarşı irəli sürülən ittihamlar və beynəlxalq ictimaiyyətin mümkün cavab tədbirlərindən bəhs edib.

Amerikanın Səsi: Xanım Pilişvili, Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhəddə baş verən insidentdən sonra Azərbaycanda iyulun 14-də orduya dəstək məqsədilə keçirilən yürüşdən sonra müxalif fəallara qarşı təqiblər intensivləşib. Bu son təqiblərlə bağlı nə deyə bilərsiniz?

Katerin Pilişvili: Hökümət uzun müddətdir Azərbaycan Xalq Cəbhəsi Partiyasını təqib edirdi və, doğrusu, bu yürüşdən ölkənin ən qocaman müxalifət partiyasını tamamilə məhv etmək üçün bir alət kimi istifadə edir.

Hökümət xüsusilə də bu partiyanın üzvlərini hədəf almaq üçün hakimiyyəti zorla ələ keçirmək və karantin rejimini pozmaq kimi ittihamlara əl atır. Amma əslində bu ittihamların heç bir əsası yoxdur. Ümumilikdə 17 AXCP üzvü hədəf alınıb. Lakin onların heç biri həmin gecə parlamentə daxil olan qrupda olmayıb. Əslində onların çoxu iyulun 14-də keçirilən yürüşdə də iştirak etməyib. Həbs olunanlar arasında AXCP-nin dörd aparıcı üzvü də var. Prezident Əliyev onları yürüşdə zorakılığı təşviq etməkdə ittiham etməkdən çəkinməyib. Baxmayaraq ki, bayaq da qeyd etdiyim ki, onların çoxu heç yürüşdə itşirak belə etməmişdilər. O onları satqın, düşmən və beşinci kolon adlandırıb. Bu, çox narahatedicidir.

Amerikanın Səsi: Sizin də qeyd etdiyiniz kimi həbs olunanların bir çoxu Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləridir. Sizcə nə üçün məhz AXCP üzvləri hədəf alınıb, baxmayaraq ki, onların çoxu heç həmin yürüşdə iştirak etməyiblər?

Katerin Pilişvili: Mən ötən dəfə, pandemiyanın əvvəlində sizinlə söhbətimdə hökümətin bu pandemiyadan müxalifəti hədəf almaq üçün istifadə edəcəyini demişdim. Və onlar üçün bu bir fürsət oldu.

Biz görürük ki, orda olmayan insanları hədəf almaq üçün onlara qarşı dəhşətli ittihamlar irəli sürürlər. Aydındır ki, bu onları birdəfəlik susdurmaq cəhdi idi. Hökümətin bu partiyanı hədəf alması yeni bir hal deyil, amma bu dəfə vəziyyət həbs olunan AXCP üzvlərinin sayı və onlara qarşı irəli sürülən itihamlar baxımından daha ifrat idi. Bu ittihamlar tamamilə absurd və saxtadır.

Amerikanın Səsi: Siz həmçinin Xalq Cəbhəsi Partiyasının bəzi üzvlərinə qarşı hakimiyyəti zorla ələ keçirmək ittihamı irəli sürüldüyünü də qeyd etdiniz. Bu ittiham barədə nə deyə bilərsiniz?

Katerin Pilişvili: Bunun özü də saxta ittihamdır, çünki bu bəyanatlar həmin gecə bir qrup insanın parlamentə daxil olmasından sonraya təsadüf etdi. Binaya daxil olan da kiçik bir qrup olub. Bəli, əmlaka ziyan dəyib və bəzi dağıntılar olub. Amma partiyanın aparıcı üzvlərindən heç kim parlamentə daxil olan qrupun içində olmayıb. Buna görə də, hakimiyyəti devirmək cəhdinin olduğunu demək biabırçılıqdır. Bunun üçün heç bir əsas yoxdur. ​

Amerikanın Səsi: Sizə bu təqiblərin bir hissəsi olaraq həbsdə olunanlara qarşı işgəncələrin olduğuna dair hər hansı məlumat daxil olubmu?

Katerin Pilişvili: Həbsdəki insanların döyüldüyünə dair xəbərlər bizi narahat edir. Məncə burada bir neçə amil var. Biz xüsusilə də bu insidentdən sonra həbsdə olanların döyülməsindən narahatıq. Bir digər amil odur ki, biz saxlanılan insanların istədikləri vəkillərlə təmin olunmamasından çox narahatıq. Bu müsbət bir hal deyil, çünki adətən polisin nə isə gizlətdiyinə işarə edir. Bizi narahat edən bir digər məsələ bu insanları həbs etmək üçün onlara qarşı koronavirusu yaymaq ittihamı ilə cinayət işi açmaq cəhdidir. Human Rights Watch daha öncə də qeyd edib ki, koronavirusu yaymaq ittihamı ilə cinayət işinin açılmasına imkan yaradan qanunlar nə legitimdir nə də virusun yaratdığı təhlükəyə mütənasib bir cavab tədbiridir. Biz görürük ki, hökümət pandemiya başlayandan bəri müxalifəti hədəf almaq üçün bu ittihamlardan istifadə edir.

Bu üç amil bizim üçün ciddi narahatlıq doğurur.​

Amerikanın Səsi: Və son olaraq Human Rights Watch hesabatında qeyd edib ki, prezident İlham Əliyev 15 iyul çıxışında Avropa Şurası və ya hər hansı başqa beynəlxalq təşkilatın təqiblərlə bağlı tənqidlərinə əhəmiyyət verməyəcəyini deyib. Bunu nəzərə alaraq, sizcə beynəlxalq ictimaiyyət Azərbaycan hökümətinə təqiblərə son qoymaq və siyasi məhbusları azadlığa buraxmağa təzyiq göstərmək üçün hansı yollara əl ata bilər?

Katerin Pilişvili: Bunu soruşduğunuza şadam. Hökümət Avropa Şurası və Avropa İttifaqının səssiz qalmasını gözləyir. Bu isə onların cavab vermələrinə daha böyük əsas yaradır.

Buna adekvat cavab qətnamələri müzakirə etmək və Azərbaycanın bu qurumlarla gələcək münasibətlərini nəzərdən keçirərkən hökümətin addımları və bəyanatlarına nəzər salmaq olar. Məsələn, biz bilirik ki, Azərbaycan Avropa İttifaqı ilə strateji əməkdaşlıq barədə danışıqlar aparır. Bu təkrar nəzərdən keçirilməli olan bir məsələdir, çünki insan haqları dəyərləri bu cür əməkdaşlıqların mərkəzində yer almalıdr.

Avropa İttifaqı və Avropa Şurası səssiz qalmayaraq, cavab verməlidir. Fikrimcə adekvat cavab isə təqiblərə son qoyulması, haqsız yerə həbs olunanların azadlığa buraxılması üçün təzyiq göstərilməsidir. Və bunun ardınca hüquq-mühafizə rəsmilərinin rəftarı ilə bağlı təhqiqat aparılmalıdır. ​

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG