Accessibility links

Kati Hokul Nyu-Yorkun ilk qadın qubernatoru oldu


Kati Hokul
Kati Hokul

Kati Hokul çərşənbə axşamı Nyu Yorkun ilk qadın qubernatoru təyin olunub. O, aylardır keçmiş qubernator Endrü Kuomoya qarşı cinsi təcavüz iddiaları ilə əlaqədar yaranan qarışıqlıqdan sonra nəhayət ştat hökumətində kontrolu ələ alıb.

Qərbi Nyu-Yorkdan olan Demokrat nümayəndə ştatın baş hakimi Canet DiFiore tərəfindən nəzarət edilən Nyu York ştatının Kapitolisində qısa, özəl bir mərasimdə qubernator olaraq and içib.

Daha sonra o, Buffalo televiziya kanalı olan WGRZ-dəki çıxışında çiyinlərində "məsuliyyətin ağırlığını" hiss etdiyini deyib.

"Nyu Yorklulara tapşırığa hazır olduğumu demək istəyirəm. Qubernator olaraq xidmət edə bildiyim üçün qürur duyuram və onlara xəyal qırıqlığı yaşatmayacam" – deyə, o qeyd edib.

Hokulun ən yüksək vəzifəyə gəlməsi, qadınların paytaxtda son zamanlarda kişilərin üstünlük təşkil etdiyi siyasi arenadan uzaqlaşmağa başladıqları dövrdə tarixi bir hadisə olub.

Kuomo impiçment döyüşü ilə üzləşmək yerinə, istefa verəcəyini elan etməsindən iki həftə sonra, saat 12:00 -da vəzifəsini tərk edib. İstefa ərizəsini bazar ertəsi ştat Assambleyası və Senatının rəhbərlərinə təqdim edib.

Vəzifəsinin son günündə Kuomo əvvəlcədən yazılmış vida danışığında Nyu York qubernatoru olaraq 10 ildən artıq müddətdəki işini müdafiə edib və özünü "media qəzəbinin" qurbanı kimi göstərib.

Hokul səhər saatlarında qanunverici liderlərlə görüşməyi və saat 3-də ictimaiyyətə müraciət etməyi planlaşdırıb.

İlk dəfə olaraq Nyu York ştat hökumətinin ən güclü simalarının əksəriyyəti ştat Senatının Çoxluq lideri Andrea Stüart-Kasins, Baş prokuror Letitia Ceyms və baş hakim DiFiore də daxil olmaqla qadınlar olacaq. Ştat assambleyasına Karl Hösti rəhbərlik edir.

XS
SM
MD
LG