Accessibility links

Katrina qasırğasının 10-cu ildönümü


ABŞ prezidenti Barak Obama Katrina qasırğasının 10-cu ildönümündə iştirak etmək üçün Nyu Orleansa səfər edib. Qasırğa nəticəsində şəhər dağılıb, 1800 insan həlak olmuşdu.

Obama Nyu Orleansda çıxışı zamanı şəhərin qasırğadan sonra bərpası və potensial inkişafı barədə danışıb.

2005-ci il avqustun 29-da baş vermis qasırğa nəticəsində şəhərin 80 faizi su altında qalmışdı.

Leysan yağışları və saatda 280 km sürətlə əsən külək Meksika körfəzi yaxınlığındakı şəhəri viran etmişdi. Bir miliyon insan şəhərdən evakuasiya edilmişdi.

Katrinanın şəhərə vurduğu ziyan 135 milyard dollar hesablanıb.

Prezident Obama şəhərin meri Mitç Landri və sakinlərlə görüşüb. ABŞ rəsmilərindən bəziləri də bölgəyə səfər edərək, müxtəlif tədbirlərdə iştirak edərək görüləcək abadlıq işləri ilə tanış olublar.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG