Accessibility links

Kavano ilə bağlı senatorlar səs verir


ABŞ Senatının Ədliyyə Komitəsi qarşısındakı emosional ifadələrindən bir gün sonra heyət Brett Kavanonun Ali Məhkəməyə namizədliyini səsə qoymağa hazırlaşır.

"O, əllərini bədənimə sürtüb, özünü üstümə atdı. Mən kiminsə aşağıda eşidəcəyi ümidi ilə qışqırmağa başladım. Özümü ondan qurtarmağa çalışsam da, çəkisi ağır olduğu üçün bunu edə bilmədim"
Kristin Bleysi Ford

Senatın şənbə günü prosedual səsvermə başlayacağı gözlənilir. Cümə axşamı günü Amerikanın Vəkillər Birliyi səsverməni Federal Təhqiqat Bürosunun üç qadının iddialarını tam yoxladığı müddətə qədər Ədliyyə Komitəsinə və bütöv Senatı səsverməni təxirə salmağa çağırıb.

Kavanonun ilk ittihamçısı olan Kristin Bleysi Ford 1982-ci ildə onların hər ikisinin məktəbdə oxuduqları zaman Kavanonun ona təcavüz etməsi ilə bağlı ifadə verib.

Kavano ifadə verərək Ford və daha iki qadın tərəfindən ona qarşı təcavüz ittihamlarının onun ailəsini dağıtdığını bildirib.

Ford Kavanoya qarşı ifadə verən yeganə qadın olub. Ford deyib ki, içkili Kavano onu çarpayıya itələyərək, əllərini bədəninə sürtüb, paltarını soyundurmağa çalışıb və yardıma çağırmaq istədikdə ağzını əli ilə bağlayıb. Brettin ona hücumu onun həyatını dəyişib. O, hər kəsə bu detalları izah etməyə çox qorxub və utanıb.

Kristin Bleysi Ford
Kristin Bleysi Ford

Respublikaçı senator Lindsi Qraham qəzəblənərək demokratların “qeyri-etik yalanlardan” istifadə etdiklərini deyib.

Dinləmələri müşahidə edən bəzi insanlar hesab edir ki, dinləmələr Kavanoya qarşı ittihamlara aydınlıq gətirməkdən daha çox siyasi mahiyyət daşıyıb.

11 respublikaçı və 10 demokratdan ibarət Ədliyyə Komitəsi cümə günü Kavanonun namizədliyinə səs verməyi planlaşdırır. Namizədlik təsdiq olunduğu halda sənəd Senata göndəriləcək.

Bret Kavano
Bret Kavano

Donald Tramp Kavanonun namizədliyini təqaüdə çıxmış və həlledici səsə malik olmuş hakim Antoni Kennedini əvəz etmək üçün irəli sürüb.

XS
SM
MD
LG