Senat Respublikaçıları Ali Məhkəməyə namizəd Brett Kavanonun cinsi qısnamada ittiham edən qadını sorğu-sual etmək üçün Arizona prokurorunu işə götürüb.
Respublikaçılar Reyçel Mitçeli seks cinayətləri üzrə uzun karyeraya sahib prokuror olduğunu deyir.
Kavano on illər əvvəl məktəb şagirdi ikən onu cinsi qısnamada ittiham edən qadına toxunduğunu inkar edir. Respublikaçılar Demokratları Kavanonun təsdiqinin qarşısını almaq üçün qaralama kampaniyası apardığını söyləyir.
"Senat Demokratları və onların müttəfiqləri heç bir əsası olmayan və təsdiqlənməyən köhnə ittihamlarla bir kişinin şəxsi və professional həyatını məhv etməyə çalışırlar" - Senatın çoxluq lideri Mitç Makkonnel bildirib.
“Əgər lider MakKonnel həqiqətən də bu ittihamların partiyalararası qütbləşməyə səbəb olacağından narahat olsaydı, o da bizə qoşularaq, Federal Təhqiqat Bürosunun istintaq aparmasına çağırardı” – deyə, Senatın azlıq ideri Çak Şumer bildirib.
Mühafizəkar hakim Kavano Trampın Ali Məhkəməyə nominasiyasını irəli sürdüyü ikinci şəxsdir. Onun namizədliyi hakim Antoni Kennedinin təqaüdə getdiyini açıqlamasından sonra irəli sürülüb