Accessibility links

Kavanonu təqsirləndirən qadının ifadə verəcəyi gözlənilir


ABŞ Senatının Ədliyyə Komitəsinin başçısı deyir ki, Ali Məhkəməyə namizəd Brett Kavanonu cinsi qısnamada təqsirləndirən qadın bazar ertəsi keçiriləcək dinləmədə ifadə verib-verməyəcəyinə cümə gününədək qərar verməlidir.

Kaliforniyada psixologiya üzrə professor Bleysi Ford dinləmədə iştirak edib-etməyəcəyini daha söyləməyib. Onun vəkilləri o, ifadə vermədən öncə Federal Təhqiqat Bürosunun istintaq aparmasına çağırıb.

O, Ford Kavanonu 36 il öncə məktəbdə ikən ona qarşı təcavüz etməkdə günahlandırıb. Kavano ittihamları rədd edir.

Senatın Ədliyyə Komitəsinin cümə axşamı Kavanonun namizədliyi üzərində səs verəcəyi gözlənilirdi, lakin Ford Vaşinqton Post qəzetində dərc olunan məqalədə öz ittihamlarını irəli sürəndən sonra səsvermə təxirə salınıb.

Bir çox respublikaçı təsdiq prosesinin davam etdirilməsinə çağırıb və demokratları səsvermənin qarşısını almağa çalışmaqda ittiham edib.

Fordun vəkili deyib ki, o və ailəsi təhdid olunub, bu da onların evlərini tərk etmələrinə səbəb olub.

XS
SM
MD
LG