Accessibility links

Kürd militantlar Kayseridə hücumun məsuliyyətini öz üzərinə götürüb


Kürdlərin militant qrupu Kayseri şəhərində 14 türk əsgərinin ölümü, onlarla insanın yaralanması ilə nəticələnmiş hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Kürdüstanın Azadlıq Şahinləri TAK adlı qrup Fırat xəbər agentliyinə açıqladığı bəyanatda hücumun təşkilatın "qisas komandası" tərəfindən törədildiyini bildirib.
TAK-ın bəyanatına əsasən, intiharçı Türkiyənin Van şəhərinin 26 yaşlı sakini olub.

İntiharçı partlayıcılarla dolu maşınını Kayseridəki Erciyes universitetinin girişinin qarşısında əsgərləri daşıyan avtobusun yanında saxlayarkən partladıb.

TAK bu il Türkiyədə keçən həftə İstanbulda polis işçilərinin hədəf alındığı hücum da daxil olmaqla bir neçə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İstanbulda futbol stadionunun qarşısında törədilmiş qoşa bomba partlayışları nəticəsində 44 insan həyatını itirib, 100-dən çox insan yaralanıb.
Türkiyə rəsmiləri TAK-ın fəaliyyəti qadağajn olunmuş Kürdüsrtan fəhlə partiysı PKK ilə əlaqəsi olduğuna inanır.

XS
SM
MD
LG