Accessibility links

Qazaxıstanda DİN-in bir neçə yüksək rütbəli polis məmuru ölü tapılıb


“Vlast” xəbər agentliyi Qazaxıstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verib ki, Cambul vilayətinin polis rəisi, general Janat Süleymenov ölü tapılıb.

İnterfaks agentliyi Süleymenovun ölümü ilə bağlı məlumatın Taraz Akimatı (rayonu administrasiyası) tərəfindən təsdiqləndiyini bildirib. Agentlik yazır ki, Süleymenov intihar edib. "Təəssüf ki, belədir. Baş verənlərin səbəbləri araşdırılır" - deyə, Akimatdan bildirilib.

“Vremya” qəzetinin jurnalisti Mixail Kozaçkov öz Teleqram kanalında bildirib ki, etirazlar və təhlükəsizlik rəsmiləri ilə toqquşmalardan sonra Süleymanova qarşı cinayət işi açılıb və o, məhkəmə ilə hədələnib. Məhkəmə işinin hansı maddə üzrə açıldığı bildirilməyib.

Sonradan məlum olub ki, Almatının Türksib rayon polis şöbəsinin rəis müavini, polis polkovniki Tanat Nəzənov iş yerində infarkt keçirib. “İnterfaks” Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumati təsdiqlədiyini bildirib.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin polkovniki Azamat İbrayev də ölü tapılıb. Onun meyiti Nur-Sultandakı evinin pəncərəsinin altında aşkar edilib. RİA Novosti-nin yazdığına görə, onun bədənində hündürlükdən düşdüyünə dair xəsarətlər olub. Faktla bağlı araşdırma aparılır.

KazTAG-ın bildirdiyinə görə, hadisə yerinə gələn polis İbrayevin hündürlükdən düşərək, xəsarət aldığını müəyyən edib. Mənzilə baxış keçirilərkən mətbəxdə pəncərənin açıq olduğu məlum olub.

Qəzetin yazdığına görə, ölən şəxs ölkədəki etirazlar fonunda işdən çıxarılan DTN-nin keçmiş rəhbəri Kərim Məsimovun şəriki olub. Bu vəzifədə onu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində çalışmış Ermek Saqimbayev əvəzləyib. Məsimov yanvarın 8-də dövlətə xəyanətdə ittiham edilərək, həbs edilib.

Yanvarın 8-də Cambul vilayətində terror təhlükəsinin “qırmızı” səviyyəsi tətbiq edilib. Bölgədə 150-dən çox adam həbs edilib. Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, “onlarla cinayətkar məhv edilib”, yeddi polis əməkdaşı yaralanıb, biri həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG