Accessibility links

Nazarbayevin kürəkənləri vəzifələrindən çıxarılıblar


Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin iki kürəkəni iki əsas dövlət şirkətindəki vəzifələrindən çıxarılıblar. Bu barədə Qazaxıstan rəsmisi məlumat verib.

Yanvarın 15-də ölkənin suveren sərvət fondunun açıqlaması ötən həftə ölkədə daha öncə görülməmiş siyasi iğtişaşdan sonraya təsadüf edir və hazırkı Prezidenti Kasım-Jomart Tokayev hökumətinin Nazarbayevin ailə üzvlərini vəzifələrdən çıxarmağa çalışdığına işarədir.

Samruk-Kazina adlı suveren sərvət fondu bildirib ki, Kairat Şaripbaev təbii qaz boru kəmərinin operatoru QazaqQazın baş icraçısı vəzifəsindən istefa edib. Bu arada isə Dimaş Dosanov dövlət neft boru kəməri şirkəti KazTransOil-din baş icraçı direktoru vəzifəsindən istefa edib.

Samruk-Kazina onların istefalarına dair bir səbəb verməyib.

Hər iki şirkət onillərdir Qazaxıstanın iqtisadi inkişafına təkan verən ölkənin neft və qaz sənayesində böyük rol oynayır.

Şaripbaev Nazarbayevin böyük qızı Dariqa ilə evli olduğu bildirilir, ancaq nə Şaripbaev nə də Dariqa Nazarbayeva onların münasibəti ilə bağlı şərh verməyib.

Dosanov Nazarbayevin ən balaca qızı Aliyənin əridir.

Bu açıqlamalar Tokayev Aliyə Nazarbayevanın sahib olduğu gəlirli avtomobillərin təkrar emalı şirkətini açıq şəkildə tənqid edəndən bir neçə gün sonraya təsadüf edib. Bu, rəsmmilərin şirkətə nəzarəti ələ keçirməyə çalışdığına işarə edir.

Tokayev açıq şəkildə Nazarbayevin yaxınlarının yeni xeyriyyə fonduna müntəzəm ianələr etməklə sərvətlərini xalqla bölüşmək istədiyini bildirib.

Ölkənin qərbində Mangistau regionunda yanacaq qiymətinin artması səbəbilə baş verən etirazla başlayan iğtişaşlar daha sonra ölkənin əsas şəhərlərində böyük etiraz aksiyalarına çevrildi. Ən pis zorakılıqlar ölkənin kommersiya paytaxtı Almatıda baş verdi.

Tokayev iğtişaşlar zamanı Nazarbayevi Milli Təhlükəsizlik Şurasındakı vəzifəsindən çıxarıb.

Sovet İttifaqının süqutundan bəri Qazaxıstanı idarə edən Nazarbayev dekabrın 28-dən bəri ictimaiyyət arasına çıxmayıb və onun ölkədən qaçdığına və ya səhhətin zəif olduğuna dair şaiyələr yayılıb.

Sözçüsü 81 yaşlı Nazarbayevin ölkəni tərk etdiyini inkar edərək, onun paytaxt Nur-Sultanda olduğunu bildirib.

Qazaxıstan rəsmiləri ümummilli etirazlar zamanı 100 minə yaxın insan həbs olunub. Prokurorlar yanvarın 15-də bildirib ki, ölkə boyu etirazlar zamanı 225 nəfər, o cümlədən 19 polis və ya təhlükəsizlik zabiti öldürülüb.

Tokayev hüquq müdafiəçiləri və müstəqil jurnalistləri etirazları “qızışdırmaqda” günahlandırıb. Həmin etirazlar nəticəsində ölkənin bir çox şəhərində bir neçə müxbir də həbs olunub.

XS
SM
MD
LG