Accessibility links

İlkin nəticələr Tokayevin yenidən Qazaxıstan prezidenti seçildiyini göstərib


Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev
Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev

Qazaxıstanın hazırkı Prezidenti Qasım Jomart Tokayev gözlənildiyi kimi ölkədə keçirilən növbədənkənar prezident seçkilərində asanlıqla qalib gəlib. Beynəlxalq müşahidəçiləri bu Orta Asiya ölkəsində islahatlara ehtiyac olduğunu vurğulayaraq, "rəqabət qabiliyyəti" yoxdur deyib.

Noyabrın 21-də açıqlanan ilkin nəticələrə görə, Tokayev səslərin 81,3 faizini qazanıb və bu, ölkənin yeni səlahiyyət müddəti çərçivəsində onun prezidentlik müddətini 7 il uzadıb.

Özünü islahatçı kimi təqdim etməsinə baxmayaraq, 69 yaşlı Tokayev əsl rəqib olmayan və az tanınan 5 namizədə qarşı açıq-aşkar qələbə çalıb.

İkinci böyük səsvermədə səslərin 5,8 faizi "onların əleyhinə" olduğu üçün namizədlərdən heç birinə səs verilməyib.

Namizədlər arasında ikinci yeri tutan hökumətyönlü Xalq Demokratik Vətənpərvər Partiyası "Auyl"-dan olan Jiquli Dayirbayev cəmi 3,4 səs toplayıb.

Namizədliyi "Peşəkar Sosial İşçilərin Milli Alyansı" tərəfindən irəli sürülən, iki qadın namizəddən biri Qaraqat Abdin 2,6 faiz səslə üçüncü olub. Digər qadın isə 2,1 faiz səs toplayan və altı namizəd arasında sonuncu yeri tutan hüquq müdafiəçisi Saltanat Tursynbekova olub.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 12 milyon seçici arasında seçici fəallığ 69,4 faiz təşkil edib. Yekun nəticələr xaricdən verilən səslərin hesablanmalarından sonra həftə ərzində açıqlanacaq.

"Xalq mənə etimadını açıq şəkildə ifadə etdi və biz bunu doğrultmalıyıq" - deyə, Tokayev nəticələr açıqlanan kimi bildirib.

Noyabrın 20-də keçirilən seçkilər Qazaxıstanın prezidentlik müddətini iki ardıcıl 5 illə məhdudlaşdıran sistemini tək 7 illik müddətlə əvəz etməsindən təxminən üç ay sonra baş tutub. Konstitusiyada dəyişiklikləri Tokayev "Yeni Qazaxıstan" adlandırdığı kampaniyasının bir hissəsi olaraq təklif edib.

XS
SM
MD
LG