Accessibility links

Təhlil: Neftlə zəngin Qazaxıstanda siyasi təlatümün arxasında nələr dayanır?


Qazaxıstan 30 il əvvəl müstəqillik qazandıqdan bəri ilk dəfə ölkənin ən ağır küçə etirazlarını yaşayır. Qəzəbdən doğan etirazlar Qazaxıstanın iki güclü qonşusu Rusiya və Çində ciddi narahatlıqlara səbəb olub. Bu ölkə neft məhsulunun böyük hissəsini Çinə satır və eyni zamanda Moskvanın əsas strateji müttəfiqidir.

İlin əvvəlində avtomobil yanacağının qiymətində gözlənilməyən artıma görə ilk etirazlar ölkənin qərbindəki ucqar neft şəhərciyində başlayıb. O vaxtdan bəri küçələrə çıxan on minlərlə insan çoxlu şəhər və qəsəbədə avtoritar hökuməti hədəf alıb.

Prezident Qasım-Comərt Tokayev getdikcə çıxılmaz vəziyyətə düşüb. O, əvvəlcə çərşənbə günü səhər saatlarında bütün hökuməti istefaya göndərərək izdihamı sakitləşdirməyə çalışdı. Lakin günün sonuna o, mövqeyini dəyişib. Əvvəlcə, o, nümayişçiləri "terrorçu" adlandırdı. Sonra isə üsyanı yatırmağa yardım üçün Rusiyanın başçılıq etdiyi hərbi alyansına - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi.

KTMT oraya qeyri-müəyyən sayda sülhməramlı göndərməyə razı olub.

Qazaxıstan prezidenti iğtişaşları yatırtmaq üçün ölkəyə Rusiya ordusunu dəvət edib
Qazaxıstan prezidenti iğtişaşları yatırtmaq üçün ölkəyə Rusiya ordusunu dəvət edib

Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanmış Mərkəzi Asiyanın beş respublikası arasında Qazaxıstan ən böyük və ən zəngin ölkədir. O, az qala Qərbi Avropa ölçüsündə bir ərazini əhatə edir və nəhəng neft, təbii qaz, uran, və qiymətli metal ehtiyatlarına malikdir.

Lakin Qazaxıstanın təbii sərvətləri ona orta sinfi, eləcə də çox zəngin maqnatlar qrupunu yetişdirməyə yardım etsə də, ölkə boyu pulsuzluq geniş yayılıb. Ölkədə orta aylıq əmək haqqı $600 dollardan bir qədər azdır. Bank sistemi problemli kreditlərin yaratdığı dərin böhranın qurbanı olub. Regionun əksər bölgələrində xırda korrupsiya baş alıb gedir.

Son böhrana səbəb olan etirazlar qərbdəki tozlu neft qəsəbəsi Janaozendə baş qaldırıb. Bölgənin enerji sərvətlərinin yerli əhali arasında ədalətli şəkildə bölünməməsi ilə bağlı narazılıqlar ərazidə uzun müddətdir davam edir. 2011-ci ildə tətildən sonra işdən çıxarılan neftçilərə dəstək nümayişi keçirərkən azı 15 nəfər polis tərəfindən güllələnmişdi.

Nümayişçilər Prezident iqamətgahına basqın edərkən binanın qarşısındakı avtomobilləri yandırıb
Nümayişçilər Prezident iqamətgahına basqın edərkən binanın qarşısındakı avtomobilləri yandırıb

Bölgədəki insanların əksəriyyətinin avtomobilləri üçün istifadə etdiyi maye qazın qiyməti şənbə günü gecə iki dəfə artdıqdan sonra səbr kasaları daşdı. Yaxınlıqdakı şəhərlərin sakinlər də tez bir zamanda etirazçılara qoşuldu və bir neçə gün ərzində böyük etirazlar ölkənin qalan hissəsinə yayılıb.

Qazaxıstanda tənqidçilərin səslərinin boğulmaslı uzun müddətdir adi hala çevrilib. Hakimiyyətə qarşı çıxmaq istəyən hər hansı bir şəxs ya repressiyaya məruz qalır, ya da sıxışdırılır. Bu nümayişlər qeyri-adi dərəcədə böyük - bəzi yerlərdə 10 mindən çox insanı toplaşsa da, etiraz hərəkatı liderlər yetişdirməyib.

Qazaxıstanın yeni tarixinin çox hissəsi keçmiş prezident Nursultan Nazarbayevin hakimiyyətinin payına düşür. Vəziyyət 2019-cu ildə, 81 yaşlı Nazarbayev kənara çəkilərək, uzun müddət müttəfiqi olan Tokayevi varisi təyin edəndən sonra dəyişib. Lakin Nazarbayev ölkə üzərində nüfuzunu özünü hərbi və təhlükəsizlik xidmətlərinə nəzarət edən Təhlükəsizlik Şurasının rəhbəri kimi saxlamaqla davam etdirib. Tokayev çərşənbə günü təhlükəsizlik şurasının rəhbəri vəzifəsini Nazarbayevdən aldığını bildirib.

Son günlər küçələrdə nümayiş etdirilən qəzəbin böyük hissəsi Tokayevə qarşı deyil, hələ də ölkənin son hökmdarı sayılan Nazarbayevə yönəlib. "Şal ket!" (“Qoca get”) çağırışları ölkədə vüsət alan etirazların əsas şüarına çevrilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG