Accessibility links

Qazaxıstan böhranı - qiymət artımı, KTMT-nin “sülhməramlı missiyası”, korrupsiya siyahısı və Azərbaycanda düşüncələr


Yanvarın 2-də Qazaxıstanda maye qazın bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar köhnə qiymətlərin qaytarılmasına və hökumətin istefasına səbəb olub.

Buna baxmayaraq ölkə boyu mitinqçilər hökumət binalarını, hava limanlarını ələ keçirib. Daxili toqquşmalar zamanı onlarla insanın öldüyü, çoxsaylı insanın yaralanandığı bildirilir. İlkin rəsmi məlumatlara görə, dörd minədək adam həbs edilib.

Prezident Kasım-Jomart Tokayev bildirib ki, aksiyalar və ixtişaşlar xarici qüvvələr tərəfindən idarə olunur, lakin o, konkret ölkə adı çəkmir. Tokayev ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Qazaxıstanda etiraz
Qazaxıstanda etiraz

Yanvarın 5-də Qazaxıstan hökumətinin çağırışı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti bu ölkəyə daxil olub. Qazaxıstana göndərilən KTMT kontingentinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələrinin daxil olduğu bildirilir.

Bununla yanaşı, KTMT-nin Qazaxıstana göndərdiyi hərbi qüvvələrin sayı və hansı ölkənin neçə hərbçi göndərməsi barədə məlumat verilmir.

İctimai müzakirələrdə KTMT sülhməramlı kontingentininn ölkəyə daxil olması Qazaxıstanın Rusiya tərəfindən işğalı kimi hallandırılır. Çünki, Prezident Kasım-Jomart Tokayevin müraciətində KTMT-nin sülhməramlılarının Qazaxıstanı nə vaxt tərk edəcəyi ilə bağlı müddəa yoxdur.

Qazaxıstan böhranı Azərbaycanda müxtəlif cəhətlərdən izah edilir. Amma, fikirlərin ümumi məzmununda KTMT sülhməramlılarının missiyasının heç də sülh yaratmaq olmadığı anlamına gəlinir.

Siyasi şərhçi Azər Rəşidoğlu hesb edir ki, Qazaxıstana KTMT qoşununun yeridilməsini bir məşq adlandırmaq olar.

Azərbaycan Rusiya ilə sərhədlərinə nəzarəti gücləndirməlidir. Türkiyə ilə hərbi əməkdaşlıq dərinləşməlidir.
Azər Rəşidoğlu, siyasi şərhçi

“Azərbaycan Rusiya ilə sərhədlərinə nəzarəti gücləndirməlidir. Türkiyə ilə hərbi əməkdaşlıq dərinləşməlidir. Rusiya sülhməramlıları Qarabağda "darıxmasınlar" deyə Türkiyə hərbçiləri də dəvət edilməlidir. Qazaxıstan nümunəsi sübuta yetirdi ki, Kremlin dostu yoxdur. KTMT-ni Azərbaycanda təbliğ edən hər bir kəs nəzarətə alınmalıdır. Əgər KTMT (Rusiya) Qazaxıstanı parçalamaq istəsə və qondarma "respublika" qurmaq istəsə, Azərbaycan şimal sərhədlərini tam qorumağa hazır olmalıdır,” o qeyd edib.

Müsavat Partiyası Qazaxıstanda insanların öz hüquqları uğrunda, avtoritar idarəçiliyə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizəsini dəstəkləyir və demokratik hərəkatın dinc məcraya yönələcəyinə inanır.

KTMT-nin öz nizamnaməsinə zidd olaraq Qazaxıstana girməsini işğal faktı kimi qiymətləndirir və dərhal çıxarılmasını tələb edirik.
Müsavat Partiyasının bəyanatından sitat

“Müsavat Partiyası Rusiya, Ermənistan, Tacikistan və Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına daxil olan digər ölkələrin hərbi qüvvələrinin həm beynəlxalq hüquqa, həm də KTMT-nin öz nizamnaməsinə zidd olaraq Qazaxıstana girməsini işğal faktı kimi qiymətləndirir və dərhal çıxarılmasını tələb edir,” bu partiyanın bəynatında deyilir.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Qazaxıstandakı son iğtişaşlar ölkəyə 100 milyon dollardan artıq ziyan vurub.

“Zərərin miqyası genişlənməkdədir. Qazaxıstan Daxili İşlər Nazirliyinin xəbərinə görə, artıq 2 mindən çox şəxs həbs edilib. Təhlükəsizlik qüvvələri arasında ölənlərin sayı 18-ə çatıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMK) Qazaxıstana hərbi qüvvə göndərilməsini davam etdirir.”

Deputat deyib ki, Qazaxıstan əksər iqtisadi göstəricilərə görə MDB məkanında ikinci yerdədir.

Qazaxıstandakı hadisələr birjalara da təsirsiz ötüşməyib. Qlobal bazarda uranın qiyməti təxminən 8 faiz bahalaşaraq bir funt üçün 45,25 dollara çatıb.
Vüqar Bayramov, Milli Məclisin deputatı

“Belə ki, adambaşı ÜDM-nin həcminə görə Qazaxıstan Rusiyadan sonra ikincidir: illik 9 min dollar. Orta əmək haqqı məbləğinə görə də, Ukraniya ilə birlikdə şimal qonşumuzdan sonra birlikdə öndədir. 373 dollar orta aylıq əmək haqqısı olan Qazaxıstanda illik ixrac 66 milyard dollardır. Bu göstəriciyə görə sözügedən ölkə dünyada ilk əllilikdə olmaqla MDB-də ikincidir.”

Bayramovun dediyinə görə, Qazaxıstandakı hadisələr birjalara da təsirsiz ötüşməyib.

“Qlobal bazarda uranın qiyməti təxminən 8 faiz bahalaşaraq bir funt üçün 45,25 dollara çatıb. Qeyd edək ki, Qazaxıstan dünyadakı uran ehtiyatının təxminən 40 faizini istehsal edir. Bu arada, bitkoin də 47300 dollardan 41 400 dollaradək ucuzlaşıb.”

Millət vəkili hesab edir ki, bütün bunların fonunda, son iğtişaşlardan Qazaxıstan iqtisadiyyatı itkisiz çıxmayacaq.

“Reallıq budur ki, Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan yeni mərhələyə qədəm qoyur. Ümid edirik ki, qardaş Qazaxıstan xalqı bu proseslərdən az itki ilə çıxa biləcək,” o, qeyd edib.

Qazaxıstan korrupsiya hesabtında
Qazaxıstan korrupsiya hesabtında

Politoloq Xaqani Cəfərlinin qənatəincə, Qazaxıstan üsyanı postsovet məkanın sirkələyəcək.

“Qazaxıstan tarixinə “Dekabr üsyanı” kimi düşən 17-18 dekbar 1986-cı il Alma-Ata hadiəsləri SSRİ-nin digər milli respublikalarında silsilə tətillərə start verən ilk kütləvi mitinq kimi də tarixə düşüb. Bir çox təhlilçilər hesab edir ki, Mixail Qorbaçovun Sovet İttifaqında başlatdığı “Yenidənqurma”nın uğursuz olmasına, proseslərin fərqli istiqamətə yönəlməsinə təsir göstərən ilk hadisə “Dekabr üsyanı”n olmuşdur. Qazaxıstanda yanvarın 2-dən başlayan hadisələrin də yenə bütün postsovet məkanında ciddi təsirləri olacaq. Hətta artıq təsir göstərdiyini söyləmək olar. Rusiya müxalifəti qazaxların qətiyyətli etiraz hərəkətindən yeni nəfəs almış kimi görünür. Eyni sözləri postosvet ölkələrinin hər birinindəki müxalifət haqqında demək olar.”

Rusiya müxalifəti qazaxların qətiyyətli etiraz hərəkətindən yeni nəfəs almış kimi görünür. Eyni sözləri postosvet ölkələrinin hər birinindəki müxalifət haqqında demək olar.
Xaqani Cəfərli, politoloq

“Belarus müxalifətinin liderlərindən biri Pavel Latuşko belə yazır: “Qazaxıstanda baş verən hadisələr göstərir ki, dəyişiklik prosesini dayandırmaq mümkün deyil”. Rusiya müxalifətinin bütün cinahlarını təmsil edən önəmli simalar Qazaxıstanda baş verən hadisənin beynəlxaql hüquqa uyğun olduğunu əsaslandırmağa çalşır, Rusiya cəmiyyətinin də bu yolla getməsini təklif edirlər. Digər respublialarda da müxalifət səsini daha ucadan duyurmağa başlayıb.

Gürcü müxalifətinin liderlərindən biri Mamuka Xazaradze parlament sədrinin isteafsını şərh edərkən belə deyib: “Bu azadlığın dadının unudulduğu, seçkilərdə səslərin satıldığı, ədalətli məhkəmənin olmadığı, vətəndaş cəmiyyətinin susdurilduğu, bütün hakimiyyət institutlarının bir nəfər tərəfindən oğurlandığı ölkədə baş verir”. “Lelo” partiyasının sədri soydaşlarını mübarizə aparmağa çağırıb: “Bu çılğınlığa son qoymaq və əsl gürcü demokratik dövləti qurmaq üçün mübarizəyə başalyın,” politoloq belə hesab edir.

Cəfərlinin fikrincə, Qazaxıstan hadisələrinin Azərbaycana da təsiri açıq hiss olunur.

"Sosial şəbəkələrin kiçik monitorinqi göstərir ki, hakimiyyətin loyal müxalifət layihəsi artıq uğursuzluğa uğrayıb. Çox böyük ehtimalla iqtidar bu layihədən imtina edəcək. Çünki, Xəzərin o tayında baş verən hadisələrlə bağlı informasiya selinin loyal müxalifəti bir anda zərərsizləşdirdi. Deməli loyal müxalifət ekstremal vəziyyət üçün yararsızdır. Ekstremal vəziyyət üçün yararsız olan iqtidarın nəyinə gərəkdir? Sakit dövrdə bu qüvvələrə zatən ehtiyac yoxdur. Qazaxıstan üsyanı postsovet məkanına daha ciddi təsirlərini bir neçə aydan, çox güman ki aprel-may aylarından başlayaraq daha aydın hiss ediləcək. İlk şüar isə Rusiya qarşı yönələcək,” politoloq qeyd edir.

Yalnız Londonda mülk sahibi olan qazax elitası ilə tanış olmaq olar. Onların siyahısına Nursultan Nazarbayevin qızı Dariga Nazarbayeva başçılıq edir.
Qubad Ibadoğlu, iqtisad elmləri doktoru

İqtisad elmləri doktoru Qubad İbadoğlu 2020-ci il Beynəlxalq Şəffaflıq Korrupsiya Təşkilatının korrupsiya cədvəlində Qazaxıstandan olanların siyasını dərc edibə

“Qazaxıstanda sosial ədalətsizliyə qarşı çıxan xalqın aksiyasına səbəb olan məsələlərdən biri də ölkədən oğurlanmış kapitaldır. Yalnız Londonda mülk sahibi olan qazax elitası ilə tanış olmaq olar. Onların siyahısına Nursultan Nazarbayevin qızı Dariga Nazarbayeva başçılıq edir. Bu siyahı Qazaxıstanın Turan-Aləm Bankının keçmiş rəhbəri, hazırda müxalifətdə olan Muxtar Ablyazovla tamamlanır. Buyurun, tanış olun və nəzərə alın ki, Beynəlxalq Şəffaflıq Təşkilatının 2020-ci il üzrə Korrupsiya hesabatında Qazaxıstan Azərbaycandan 35 pillə öndədir. Qazaxıstan dünyanın 180 ölkəsi arasında 94-cü, Azərbaycan isə 129-cudur,” iqtisad elmləri doktoru qeyd edib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG