Accessibility links

Qazaxıstan parlamenti erkən seçkilərin keçirilməsinə səs verib


Qazaxıstan parlamenti erkən seçkilərin keçirilməsinə səs verib
Qazaxıstan parlamenti erkən seçkilərin keçirilməsinə səs verib

Qazaxıstan parlamenti konstitusiyaya erkən prezident seçkilərinin keçirilməsini nəzərdə tutan dəyişikliklərin əlavə edilməsinə yekdilliklə səs verib. Bu addım prezident Nursultan Nazarbayevin 2012 və 2017-ci illərdə seçkilər keçirilmədən 2020-ci ilə qədər hakimiyyətdə qalmasına imkan verən referenduma dair təklifi rədd etməsindən sonra atılır. Qərb ölkələrinin hökumətləri cənab Nazarbayevin referendum haqda təklifi rədd etməsini alqışlayıb. Lakin tənqidçilər deyir ki, Qazaxıstan müxalifətinin erkən seçkilərə hazırlaşmağa kifayət qədər vaxtı olmayacaq. Seçkilərin müddəti hələ elan edilməyib, lakin onların yazda keçirilməsi mümkün ola bilər.

XS
SM
MD
LG